Tarix : 2022 Oct 28
Kod 63021

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Respublikasının XİN İrana terror aktı ilə bağlı başsağlığı verib.

Arannews : bu barədə  XİN-in tviter hesabına istinadən xəbər verir.

"İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, - XİN bildirib.

  • Yazılıb
  • da (də) 2022 Oct 28
  • Göndərən جهان کمالی