Tarix : 2022 Oct 29
Kod 63023

Təbrizli millət vəkili: Sionizmlə qarşılaşmağa hazırıq

Təbrizli millət vəkili İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Arazdakı təliminin məqsədinin sülh və qardaşlıq şəraitində yaşayışa zəmanət vermək olduğunu vurğulayaraq deyib: “İslam İnqilabı Keşikçiləri Korpusunun Arazda “Qüdrət” təlimi göstərdi ki, sionistlərlə qarşılaşmağa hazırıq və onlara qarşı möhkəm dayanırıq.”
Arannews :Ruhullah Mütəfəkkirazad Araz bölgəsində SEPAH quru qüvvələrinin bu yaxınlarda keçirdiyi təlimlər barədə deyib: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun Araz bölgəsində keçirdiyi təlimin aydın mesajı ondan ibarət idi ki, İran İslam Respublikasının strateji siyasətlərinə əsasən, qonşularımızla sülh və qardaşlıq şəraitində yaşamaq bizim prioritetimizdir və bu məşq dinc və qardaşlıq həyatını təmin etmək üçün keçirildi.”
Millət vəkili bu təlimin mesajını dost və qardaş ölkələr üçün sülh və əmin-amanlıq, sionistlər də daxil olmaqla düşmənlər üçün güc və vaxtında vurulmuş ağır zərbə hesab edərək deyib: “Bu təlim xəbərdarlıq etdi ki, bölgədəki düşmənlər bizim regional əlaqələrimizə qarşı plan cızmasınlar, xalqın mənafeyini təhlükəyə salmasınlar. Əks təqdirdə biz onlarla qarşılaşmağa hazırıq və sionistlərə qarşı möhkəm dayanmışıq.”
Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi bölgədəki qonşuların dostlarımız arasında olduğunu vurğulayaraq deyib ki, strateji baxımdan bu ölkələrlə problemsiz qardaşlıq həyatı yaşayacağıq və ümid edirik ki, onlar da sionistlərin bölgəyə nüfuz etmə yolunu kəsəcəklər.
Araz təlimini sionist rejimin bəyanatlarına cavab adlandıran millət vəkili deyib: “Bu təlim sionistlərin bölgədəki bəyanat və hərəkətlərinə sərt cavab idi.”

 
  • Yazılıb
  • da (də) 2022 Oct 29
  • Göndərən جهان کمالی