Tarix : 2022 Oct 29
Kod 63024

İran Hərbi Dəniz Qüvvələrinin komandanı: Bizim qeyrətli gənclərimiz tətilə çıxmırlar

Admiral İrani: “Silahlı qüvvələrin, xüsusilə də inqilabi və xalq ordusunun prioriteti İran gənclərinə dəyər verməkdir.
Admiral İrani silahlı qüvvələrin, xüsusilə də inqilabi və xalq ordusunun prioritetinin İran gənclərinə dəyər vermək olduğunu vurğulayaraq deyib: “Ölkəmizin gücü gənc cəmiyyətdir. Onların təqdim etdiyi layihələri alqışlayırıq, nə biz yoruluruq, nə də o əzizlər.
Onlar güclüdür və möhkəm dayanıblar, biz də bilirik ki, gənc mütəxəssislərimiz hər an bizə yetərincə dayaq olacaqlar.”
Ordunun Hərbi Dəniz Qüvvələrinin komandanı qeyrətli gənclərimizin dincəlmədiyini, heç vaxt tətilə çıxmadığını, canla-başla çalışdıqlarını diqqətə çatdıraraq deyib ki, bu gənclərin sevgisi öz ölkəsinin parlaması, vətənimizin bayrağının dalğalanmasıdır. Hətta, “Dana” döyüş gəmisi kimi bir nailiyyət hazırlanıb dənizə gedəndə belə, onlar sevincdən göz yaşları axıdır və bu uğura sevinirlər.
Admiral əlavə edib: “Hərbi Dəniz Qüvvələrində biz ekspert gənclər korpusundan və biliyə əsaslanan şirkətlərdən istifadə edirik. Layihələrimizi bitirdikdən sonra bu əzizlərimiz işin böyüklüyünə heyran qalırlar. Gənc mütəxəssislərimizin səyləri o qədər böyükdür ki, onlar bəzən gecə-gündüz səhər saat dördə qədər fasiləsiz işləyirlər və bir layihəni son tarixdən daha tez bitirməyə səy edirlər.”
Admiral İrani deyib: “Mən bu gəncləri çox sevirəm və biz gənc mütəxəssislərimizdən təkcə texniki sahədə deyil, həm də geosiyasət kimi nəzəri sahələrdə faydalanırıq.”

 
  • Yazılıb
  • da (də) 2022 Oct 29
  • Göndərən جهان کمالی