Şirazın Həzrət Əhməd ibn Musa (Şahçıraq) (ə) hərəmində terror hadisəsilə bağlı Həzrət Ayətullah Xaməneinin bəyənatı
Arannews :Həzrət Əhməd bin Musanın (ə) müqəddəs hərəmində onlarla günahsız kişi, qadın və uşağın şəhadətinə və yaralanmasına səbəb olan dəhşətli cinayət ürəkləri kədərləndirdi və dağladı. Bu kədərli cinayəti törədən və ya törədənlər mütləq cəzalarını alacaqlar, lakin əzizlərinin dərdi və Əhli-beyt (ə) hərəminin təhqir edilməsinin əvəzi yalnız baş verən bu fəlakətlərin əsil səbəbkarını axtarmaq və bununla bağlı qəti və müdrik addımlar atılmadan ödənilməyəcək. Bizim hamımızın borcumuz var ki, fitnəkar düşmənin əli və onun xain və ya cahil və laqeyd agentləri ilə mübarizə aparaq; İnsanların həyatına, təhlükəsizliyinə, müqəddəslərinə etinasızlıq və hörmətsizliyə yol verən cərəyana qarşı təhlükəsizlik orqanlarından, ədliyyə orqanlarından tutmuş düşüncə və təbliğat sahəsində fəaliyyət göstərən fəallardan, əziz xalq kütlələrinə qədər birlik olmalıdır. Əziz xalq və cavabdeh qurumlar, mütləq düşmənlərin xəbis hiyləsinə qalib gələcəklər, inşallah.
🔺 Bu hadisə nəticəsində əzadar olan ailələrə, Şiraz xalqına və bütün İran xalqına başsağlığı verir, yaralılara Uca Allahdan şəfa diləyirəm.
Seyid Əli Xamənei