Tarix : 2022 Oct 29
Kod 63027

Sionist rejimin yeni oğurluğu və Eynşteynin mənimsənilməsi

Qüdsdəki İvrit Universiteti sionist rejimin məşhur alman fiziki Albert Eynşteynin dünyanın ən böyük sənəd kolleksiyasını özündə əks etdirən muzey tikmək qərarına gəldiyini, muzeyin dəyərinin 6 milyon dollarının hökumət tərəfindən, 12 milyon dollarının isə adıçəkilən universitet tərəfindən ödəniləcəyini açıqlayıb.
 
Arannews :Sionist rejim məşhur alman fiziki Albert Eynşteyni onun valideynlərinin yəhudi əsilli olması bəhanəsi ilə “oğurlamaq və sahiblənmək” üçün, alimi Amerika və İsveçrə vətəndaşlığına malik Almaniya vətəndaşından “İsrail” vətəndaşına çevirməyə kor cəhdlər edir.
“Times of Israel” qəzetinin dərc etdiyi bu xəbər sionist rejimin “Eynşteyn” irsini və elmini oğurlamaqda israrlı olmasına dəlalət edir. Xəstə sionistlərin xəyalpərəst düşüncələrindən doğan və məxs edilmiş rejimi dirçəltmək üçün Fələstin torpağını oğurladıqdan, tarixin təhrif edilməsi və coğrafiyanın saxtalaşdırılmasından sonra bu dəfə növbə Eynşteyni ələ keçirməyin vaxtı çatmışdır.
Halbuki, Eynşteynin əksər mövqeləri sionist qrupun davranışları ilə ziddiyyət təşkil edirdi. Bütün bu mövqelərin başında onun qondarma sionist rejiminin prezidenti postunu qəbul etməməsini qeyd etmək olar. Hətta o zaman Eynşteyn bu rejimin məhv olacağını proqnozlaşdırdı və ilk növbədə sionist rejimin qurulmasının kökündən əleyhinə idi.
Bu məşhur alman aliminin digər mövqeləri və sionist hərəkatı ilə bağlı siyasi baxışları arasında onun 1929-cu il noyabrın 25-də sonralar sionist rejimin başçısı olmuş Xaim Veyzmanna məktubunu qeyd etmək olar. Eynşteyn məktubunda yazırdı: “Əgər ərəblərlə şərəfli əməkdaşlıq və səmimi dialoq yolu tapa bilməsək, iki min il əvvəl çəkdiyimiz əziyyətdən heç nə öyrənməmişik və buna görə də biz gələcəkdə başımıza gələcəklərə layiqik.
Mən bir yəhudi dövlətinin doğulmasını görməkdənsə, ərəblərlə ağlabatan razılığa gəlib onlarla sülh içində yaşamağa üstünlük verirəm.”
O, 1946-cı ildə bildirmişdi ki, “İsrail dövləti ideyası mənim ürəyimin istəkləri ilə uyğun gəlmir. Bilmirəm belə bir ölkə bizə niyə lazımdır?” Məşhur alim həmçinin “yəhudilər üçün vətən” yaratmaq ideyasını da rədd edərək deyir: “Mən həmişə bu fikrin əleyhinə olmuşam. Biz Avropanı təqlid edirik, halbuki millətçilik sonda Avropanı məhv etdi.”
Eynşteyn sionist hərəkatının ərəblərlə qarşıdurmadakı fəaliyyətini tənqid edərək deyir: “Məni dərindən kədərləndirən, sionizmin Fələstin ərəblərinə nasistlərin yəhudilərə etdiyindən daha çox şey etdiyini görməkdir.”
1952-ci ildə sionist rejimin Vaşinqtondakı səfiri o vaxtkı baş nazir David Ben-Qurionun adından Eynşteynə yazdığı məktubda ondan hökumətin başçısı vəzifəsini öz üzərinə götürməsini xahiş edir.
Sionistlərin səfiri Eynşteynə yazdığı məktubunda “yəhudi xalqının hər övladına göstərə biləcəyi ən dərin hörmət” ifadəsini işlədir və “böyük elmi işlərini davam etdirmək üçün ona tam azadlıq veriləcəyini” vurğulayır. Lakin Eynşteyn bu təklifi rədd edərək cavabında bildirir ki, “bu məktubdan “çox təsirlənir”, lakin qocalığını və şəxsiyyətini nəzərə almaqla, bu vəzifə ona uyğun deyil.
Bir sözlə, belə insan bəşəriyyətə məxsusdur, nəinki konkret dövlətə; o da sionist rejim kimi qondarma bir dövlət ki, Eynşteyn özü ona rəhbərlik etməkdən imtina etdi, sionist rejimin tənəzzülünü proqnozlaşdırmaqla yanaşı, onun rəhbərlərinin hərəkətlərini rədd etdi. Ona görə də dünya bu rejimin Eynşteyni oğurlayıb özünə mənimsəməsinə imkan verməməlidir.
Mənbə: Əl-Aləm

 
  • Yazılıb
  • da (də) 2022 Oct 29
  • Göndərən جهان کمالی