Tarix : 2022 Oct 29
Kod 63028

Azərbaycan İranın şimal-qərbi ixrac qütbünə çevrilir

Şərqi Azərbaycan valisi Təbriz Beynəlxalq Sərgisində 10-cu Rəbi Rəşidi İnnovasiya və Texnologiya Sərgisinin açılış mərasimində deyib: “Bu sərgi Təbriz, Şərqi Azərbaycan və İranın şimal-qərb bölgəsində böyük elmi hərəkətdir.”
 
Arannews :Abidin Xürrəm Təbriz Beynəlxalq Sərgisində 10-cu Rəbi Rəşidi İnnovasiya və Texnologiya Sərgisinin açılış mərasimində deyib: “Bu sərgi Təbriz, Şərqi Azərbaycan və İranın şimal-qərb bölgəsində böyük elmi hərəkətdir. Ona görə də yaradıcılıq işlərini sərgiləmək işini bilik əsaslı bazaların özlərinə həvalə etməyə çalışmışıq.”
Şərqi Azərbaycan valisi komponent istehsalı və avtomobil istehsalı, dəri, qida sənayesi və mədənçıxarma sənayesinin üç sahəsini yuxarı sənədlərdən irəli gələn əyalətin əhatəli sənədinin əsas mehvərləri olduğunu qeyd edərək Şərqi Azərbaycanın səkkiz milyard ton faydalı qazıntı ehtiyatı ilə ölkədə birinci yerdə olduğunu bildirib.
A. Xürrəm vurğulayıb: “Bilik bazası sahəsində yeddi mehvər təyin etmişik. Buna əsaslanaraq, Tehrandan sonra Təbrizdə innovasiya fabriki yaradaraq innovasiya ekosisteminin idarə olunması, tələb yönümlü inkişaf, universitetlərin və tədqiqat mərkəzlərinin rolunun artırılması, əyalətin iri şirkətləri və sənaye sahələrinin bilik əsaslı bazası sahəsi ilə əlaqəsinin yaradılması, bilik əsaslı təşkilatlar üçün maliyyə dəstəyinin inkişafı, texnologiya parkları, gənc alimlərdən və sərhəd diplomatiyasından istifadə etməklə Şərqi Azərbaycanın ölkənin şimal-qərbində ixrac mərkəzinə çevrilməsi mövzusunu izləyirik.”
Vali bildirib ki, məhz belə bir vəziyyətdə Ali Məqamlı Rəhbərin Təbrizin müxtəlif tarixi dövrlərdə və ölkənin müxtəlif sahələrində ağırlıq mərkəzi olması ilə bağlı vurğuladıqları bilik və texnologiya sahəsində də reallaşacaq və Rəbi Rəşidi sərgisi Şərqi Azərbaycan əyalətində və regionda biliyə əsaslanan şirkətlər üçün başlanğıc platforması ola bilər.
Mənbə: Təbriz Cavan

 
  • Yazılıb
  • da (də) 2022 Oct 29
  • Göndərən جهان کمالی