Tarix : 2022 Oct 29
Kod 63029

Nəcəfdən Məşhədə sağlamlıq turistlərini cəlb etmək üçün şəraitin yaradılması

Məşhəd və Nəcəfi-əşrəf şəhərləri arasında qardaşlıq müqaviləsi var və turizm təşkilatlarının əməkdaşlığı ilə Nəcəfdən Məşhədə sağlamlıq turistlərinin cəlb edilməsi üçün şərait asanlaşdırılacaq.
Arannews : Xorasan-Rəzəvi Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin baş direktoru deyib: “Biz turizm təşkilatlarının əməkdaşlığı ilə Nəcəfdən sağlamlıq turistlərinin cəlb edilməsi üçün şəraiti asanlaşdırmağa hazırıq.
Məşhəd və Nəcəfi-əşrəf şəhərləri arasında qardaşlıq müqaviləsi var və bu görüşdə əldə olunan razılığa əsasən, hər iki tərəfin nümayəndə heyətləri zəvvarların Nəcəf-Məşhəd səfərinin həyata keçirilməsi üçün yaxın vaxtlarda görüşəcək və müqavilə imzalayacaqlar.”
Musəvi Məşhəddəki yaşayış mərkəzlərinin imkanlarına toxunaraq deyib ki, ölkənin ən böyük və keyfiyyətli yaşayış mərkəzləri Məşhəddə yerləşir, bu mərkəzlərinin sayına və müxtəlifliyinə görə zəvvarlara və turistlərə ən ucuz xidmətlər təklif olunur.
Mənbə: İSNA

 
  • Yazılıb
  • da (də) 2022 Oct 29
  • Göndərən جهان کمالی