Tarix : 2022 Oct 31
Kod 63036

Təbriz imam cüməsi: Azərbaycan İranın qeyrət təcəssümüdür

Höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim bu həftə Təbrizdə keçirilən cümə namazının xütbələrində deyib: “Terrorçuların məqsədi şiələri sünni qardaşlara qarşı bədbin etməkdir.”
Arannews :Təbrizin cümə namazının xətibi deyib: “Bu terror aktının və buna bənzər əməllərin məqsədi şiələri sünni qardaşlara qarşı bədbin etməkdir, lakin onlar İranda şiə və sünni qardaşlığının qırılmaz olduğunu və bu hərəkətlərin heç bir nəticə verməyəcəyindən qafildirlər.”
İmam cümə əlavə edib ki, bu hadisədə Ali-Səudun, Amerikanın və sionistin əlinin olduğu göz qabağındadır, şiə və sünni alimləri bu hadisəni pisləyir, hamımız “Amerikaya” ölüm, “İsrailə ölüm” şüarını səsləndiririk.
İslam Respublikasının regionda tərəqqi, imperializmin isə təcrid olunması yolunda olduğunu vurğulayan xətib bildirib ki, Allahın lütfü ilə İslami İran tərəqqi zirvələrinə sürətlə və qüvvətlə çatmışdır və bunu davam etdirəcək.
Ali-Haşim Amerika və qərb ölkələrinin problem və zəifliklərini ört-basdır etməyi ölkədə baş verən son hadisələrin digər istiqamətlərindən biri adlandıraraq deyib: “Wall Street Journal-ın məlumatına görə, Britaniyanın iqtisadi vəziyyəti çox ağırdır, onun baş naziri cəmi 45 gün davam gətirdi. Fransa böhran içindədir. Bütün bunlar qərbi fitnə yaradaraq diqqəti öz ölkələrindəki vəziyyətdən yayındırmağa məcbur edib.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Azərbaycanın və Təbrizin şücaətli xalqına təşəkkür edərək deyib: “Ali Məqamlı Rəhbərin dediyi kimi Azərbaycan xalqı iranlıların dini və inqilabi kimliyini müdafiə etmək üçün daimi səngərdir, Azərbaycan İran və iranlının qeyrətinin təzahürü, iranlıların şəxsiyyət və örnəyinin müdafiə ülgüsü və istibdad, dini və milli sapmalara qarşı möhkəm sədddir.”

 
  • Yazılıb
  • da (də) 2022 Oct 31
  • Göndərən جهان کمالی