İran Ordusunun Ali Baş Komandanı Artinə xitabən: Hər il böyüdükcə, İranın daha güclü olduğunu görəcəksən.
Arannews :iran İslam Respublikası Ordusunun Ali Baş Komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi Şirazın Həzrət Şahçıraq (ə) hərəmində törədilən terror hadisəsində valideynləri və qardaşı şəhid olan məzlum uşağa ürək sözlərini yazıb. Məktubda deyilir: Əziz balam, sənə söz verirəm, hər il böyüdükcə, İranı daha güclü və daha müttəfiq görəcəksən.
İran İslam Respublikası Ordusunun Ali Baş Komandanının ürək sözləri belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə!
Övladım Artin; səninlə İran əsgəri danışır.
Hörmətli Artin; kaş ki, atanın, ananın, qardaşının yerinə mən qanıma bələnəydim və sən indi tək və kədərli olmayaydın.
Oğlum Artin; sənin üçün darıxmaqdan ürəyim ağrısa da, kaş ki, ürəyindəki yaralar sinəmə yığılaydı və sənin ata, ana, qardaş üçün darıxdığını, kədərləndiyini görməyəydim.
İran əsgəri üçün qüdrətli olduğu halda daxildə kədərlənməkdən, dişlərini qıcamaqdan, səbirli olmaqdan və qılıncını qınında saxlamaqdan çətin bir şey yoxdur.
Sən çox balacasan, amma bəlkə sənə deyilib ki, qüdrətli və güclü bir kişinin (İmam Əlinin (ə)) gözünün qabağında, həyat yoldaşını (Həzrət Zəhranı (s)) qanına boyadılar, amma ali məsləhətlər naminə susdu və qüssəsini ürəyində boğdu.
İndi də bizim ağamız belədir.
Amma, bir kəlmə desə, milyonlarla aşiq onun əmri ilə canlarını fəda edər və bütün çirkinlikləri ayaqları altında tapdalayar, düşmənə ədəbli olmağı öyrədərlər. Amma, bizim ağamız deyir ki, həqiqətlər hamıya məlum olana qədər səbirli olun və qılıncınızı Amerika üçün itiləyin.
O, öz mövlasından, biz də öz ağamız və mövlamızdan səbirli, dözümlü olmağı, ancaq öz əmr sahibimizin əmrini yerinə yetirməyə hazır olmağı öyrəndik. Çünki Allahın vədi haqdır və din və vətən düşmənləri üzərində qələbənin sübhü yaxındır.
Əziz balam, səni kədərləndirən insanabənzər Amerikanın, sionist rejimin və Səudiyyə rejiminin təfəkkürünün yaratdığı əhliləşmiş heyvandır. Amma, iranlı əsgər dişlərini sıxır və səbr edir ki, öz rəhbərinin, öndərinin və sərkərdəsinin icazəsi ilə vaxtında onları yığışdırsın.
Gözəl balam; kaş ki, hamı sizin mesajınızı eşitsin. Bir bəhanə ilə bilmədən və ya istəmədən ölkənin müdafiə və təhlükəsizlik qüdrətini zəiflədərək məşğul edən və marionetkalara (başqası tərəfindən idarə olunan adam, təşkilat.) hərəm və ziyarətgahda güllə açmaq şansı verənlər.
Kaş ki, yetim qalan uşaqların səsini eşitsələr. Kaş evsiz qalan qadınların səsini eşitsəydilər. Kaş ki, övladlarının yasına oturan ata və anaların səsini, qardaş-bacılarını itirmişlərin fəryadını və s. Kaş ki!!!
Hörmətli Artin; İran əsgəri çox kədərlidir. Sənin qədər deyil, amma çox kədərlidir.
Bu əsgər, adının şərəfi üçün yerə qanlar tökülən əziz İrana görə qüssəlidir, minlərlə pak ruhun qurban gedərək ucaltdığı bayrağa görə qüssəlidir, və indi...
İran əsgəri uğrunda damarlar kəsilmiş, sinələr yarılmış namus, hicab və iffətə görə dərindən kədərlənir.
Vətən əsgəri lazım olduğu kimi olmayan sinif və dərsdən üzülür, bədxahların planları sayəsində zədələnən ticarət, istehsal və məşğulluqdan kədərlənir.
Oğlum Artin; vətən əsgəri çox kədərlidir. Gəncləri və ölkənin qüdrət ümidlərini hədəfə alan və millətin ümid sümbüllərini oraqla biçən İran və iranlıların düşmənlərinin rəqsi məni kədərləndirir.
Amma, hörmətli Artin; sənə deyirəm: Allaha və İranın pak torpağına and olsun ki, düşmənlərin fitnə təhlükəsini hayqırmayan istənilən iranlı və dindarın Allaha heç bir cavabı olmayacaq.
İran əsgəri və qeyrətli iranlı son damla qanına qədər İran İslam Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü və sistemini müdafiə etmək üçün əsgərliyinin şərəfinə and içib və bunu edəcək və rəhbərinin icazəsi ilə xəncəri alçaq düşmənin boğazına sancacaq.
Əziz iranlılar və iranlı əsgərlər yaxşı bilirlər ki, bizim əlimizdə olan İslam quruluşu, İslam və inqilab, başıuca, müstəqil və azad “İslami İran” yolunda fədakarlıqlar milli birlik və bağlılıq sayəsindədir, lakin düşmənin məqsədi güclü İranı “İranıstan” etmək və bu zəngin ölkəni parçalamaqdır.
Sənə söz verirəm, əziz balam, hər il böyüdükcə, İranı daha güclü və müttəfiq görəcəksən.
Böyük Allaha və parlaq gələcəyə ümid bəslə və bil ki, sən və mən və vətənin bütün əsgərləri ölkəmizin qüruru, abadlığı və şərəfi üçün bir an belə dayanmayacağıq.
Və sonda, əziz balam, sənə və bütün ürəyi dağlı övladlara, analara və atalara deyirəm ki, ağamız və rəhbərimiz icazə versə, İran əsgəri canını ox kimi kamana qoyub, fitnənin beynini nişan alacaq.
İran əsgərinin şəhid övladlarının gözlərinin içinə baxmağa səbri çatmır.
İran əsgəri
Seyid Əbdürrəhim Musəvi