Tarix : 2022 Oct 31
Kod 63038

Qərbin İrandan Azərbaycana, İraqa, Suriyaya, Yəmənə qədər vəhşiliyinə qısa baxış

Qərblilər Səddam Hüseyni İrana qarşı qızışdırdılar, Azərbaycan ərazisinin işğalına dəstək verdilər, İŞİD-i təchiz etdilər, Suriya, İraq, Fələstin və Yəmən xalqlarını qırğına verdilər.
 
Arannews :Artıq bir müddətdir ki, İran ictimai rəyində görünməmiş xarici mənşəli psixoloji əməliyyatlardan biri cərəyan edir. Düşmən İrana və bu coğrafiyada dünyanın enerji və nəqliyyat dəhlizlərinə qayıda bilməsi ümidi ilə bütün gücünü müxtəlif alətlərlə işə salıb.
Bəziləri güman edirlər ki, bu hücumlar yalnız iranlıların dini və məzhəbinə yönəlib və bu qədər həyəcanlanan, caynaqlarını, dişlərini qıcıdan qərb İranda minarələrin dağıdılması, hicabın, iffətin, qeyrətin məhv edilməsi ilə sakit oturacaq!
Yox! Qərb ondan qabaq yaşamış və ondan daha qədim olan sivilizasiya zirvələrini qəbul edə bilməz. Onlar Misirin mədəniyyətini Misirdə basdırdılar, lakin Rusiya, Çin və İran sivilizasiyaları hələ də Qərbin saxta sivilizasiyasına qarşı dayanır. “İran İnternational” anti-İran şəbəkəsi Səudiyyə Ərəbistanının 250 milyon dolları ilə idarə olunur ki, bu da FATF kanalı ötürülməklə həyata keçirildi. Bu məşum telekanalın beyin mərkəzi İngiltərə və Amerika siyasətləri və direktivləri ilə material istehsal edir.
250 milyon dollar İran İslam Respublikasının Radio və Televiziya Şirkətinin büdcəsindən iki dəfə çox deməkdir!!!
Oyun tamamilə aydındır. Dünya iqtisadiyyatının ən pis şəraitində İrana qarşı ən güclü sanksiya rejimləri tətbiq edrlər, ölkə iqtisadiyyatı problemlə üzləşdirirlər, ölkənin tikinti, tədqiqat və inkişaf layihələrini dalana dirəyirlər, qədim tarixi ilə, hətta çağdaş dövrü ilə də ünsiyyət qura bilməmiş yeni nəsli təhrik etməklə cəmiyyətdə ümidsizlik, narahatlıq və həyəcan ab-havası yaratmaq istəyirlər. 28 mordad çevrilişi ilə İranda azadlıq və demokratiyanı hədəfə alan eyni adamlar indi təhrif olunmuş azadlığı təbliğ edirlər.
Doğrudan da, səudiyyəlilər tarixdə və müasir dünya sivilizasiyasında harada dayanırlar?! Hansı texnologiyaya, hansı ədəbiyyata, hansı dahiyə və elitaya sahibdirlər?! Səudiyyəlilərin imperializmin əlində olan qabar bağlamış döşlərindən başqa hansı varı var?
Səudiyyəlilər bir gündə 81 azadlıqsevərin başını faciəli şəkildə kəsir, insan haqları iddiaçıları isə susur?!!
Səudiyyəlilər “Washington Post” qəzetinin məşhur jurnalisti Camal Qaşıqçını öldürmədimi? Onun cəsədini tikə-tikə etmədilərmi? Sümüklərini turşu ilə yandırmadılarmı?
Bəs qərb media imperiyasının reaksiyası necə oldu? Nə üçün dünyanın heç bir şəhərinin küçələrindən “diktatora ölüm” şüarı eşidilmədi?!
İranlılar elə bir ölkədə yaşayırlar ki, tarix boyu bütün dünya onun mühüm coğrafiyasının diqqət mərkəzində olub. Təbii ki, İran da bütün dünyanın diqqət mərkəzində olub.
Qərblilər Səddam Hüseyni İrana qarşı qızışdırıb, kimyəvi bombalarla təchiz etdilər, illər boyu Qarabağın və Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalına dəstək verdilər, İŞİD və ekstremist qrupların silahlandıraraq onların vasitəsi ilə Suriya və İraqda dillə, qələmlə təsvir olunmayan qırğınlar törətdilər. Fələstin xalqı illərdir irqçi sionistlər tərəfindən öldürülür, səudiyyəlilər illərdir ki, yəmənli uşaq və qadınları öldürürlər! Uzun illərdir ki, bütün küfr özünün zillət və xiffətə düşməsinin  qisasını İslami İrandan almaq üçün qüdrətli İranın qarşısında dayanmışdır.
Səhv edirlər! Canımızdan əziz şəhidlərin duası iman və iqtidarla qədəm qoyduğumuz iftixarlı yolda bizimlədir və son nəfəsimizə qədər Seyid Əli Xamenei kimi unikal Rəhbərin yanındayıq.
Əmir Sabit

 
  • Yazılıb
  • da (də) 2022 Oct 31
  • Göndərən جهان کمالی