Tarix : 2022 Nov 01
Kod 63042

Dünyanın 152 ölkəsi sionist rejimə mənfi səs verib

Dünyanın 152 ölkəsi sionist rejim olan İsrailin Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə (NPT) qoşulmasını istədi.
Arannews :Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Birinci Komitəsi səs çoxluğu ilə Təl-Əvivin istənilən nüvə fəaliyyətini Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında həyata keçirməli olduğunu bəyan edib.
Bu səsvermədə 152 ölkə bu tələbin lehinə səs verib və yalnız 5 ölkə (ABŞ, Kanada, Mikroneziya, Palau və sionist rejimin özü) əleyhinə səs verib və Təl-Əvivdən “NPT” müqaviləsinə qoşulması istənilib.
Bu qətnamədə "İsrailin NPT-yə üzv olmasının və nüvə obyektlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin Qorunma və Verifikasiya Missiyası altında yerləşdirilməsinin vacibliyi" vurğulanıb.
Bu qətnamədə sionist rejimdən tələb edilib ki, “yubanmadan bu müqavilənin üzvü olsun və nüvə silahı yaratmaq, istehsal etmək və ya sınaqdan keçirmək və əldə etməkdən çəkinsin, nüvə silahına sahib olmaqdan əl çəksin və sülh və sabitlik sahəsində etimadın yaradılması tədbiri kimi, Qorunma və Verifikasiya Missiyası olmayan bütün obyektlər agentliyin hərtərəfli nəzarətinə verilsin”.
Nüvə silahına malik olmasına baxmayaraq, rəsmi Təl-Əviv silah sayını qəbul etməkdən və açıqlamaqdan yayınıb. BMT-nin qətnaməsinə əsasən, sionist rejim bu qurumun Qərbi Asiyada yeganə üzvüdür ki, NPT Müqaviləsinin üzvü deyil.
Bu komitə cümə günü 170 müsbət səslə “Qərbi Asiyada nüvə silahından azad zonanın yaradılmasına” çağırış etdi ki, sionist rejim çağırışa yeganə müxalif idi.
NPT müqaviləsi 1968-ci il iyulun 1-də ölkələrin imzalanması üçün hazırlanmışdı və bu tarixdə ABŞ, İngiltərə və başqa 59 ölkə onu imzaladı. Çin bu müqaviləyə 9 mart 1992-ci ildə, Fransa isə 3 avqust 1992-ci ildə üzv olub.
Hazırda dünyanın 186 ölkəsi bu müqavilənin üzvüdür. Uşaq qatili rejimi olan İsrail, habelə Kuba, Hindistan, Şimali Koreya və Pakistan bu müqavilənin üzvü deyil.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 01
  • Göndərən جهان کمالی