Tarix : 2022 Nov 01
Kod 63044

"İranın PUA sənayesinin yüksəlişi" / Middle East Eye-ın hesabatı

Middle East Eye: İran Pilotsuz Uçuş Aparatı texnologiyasında ciddi rəqibə çevrilərək özünə yeni regional təsir imkanları qazanıb.
 
Arannews :Britaniya xəbər saytının təhlilində deyilir ki, onilliklər ərzində diqqətli inkişaf İranı dron texnologiyasında ciddi rəqibə çevirib və ona yeni regional təsir bağışlayıb.
 
Middle East Eye-ın "İranın Pilotsuz Uçuş Aparatları sənayesinin yüksəlişi" haqqında hesabat
“İranın 361 dərəcəsi” (i361.ir) saytının məlumatına əsasən, “Middle East Eye” xəbər saytı “İranın PUA sənayesinin yüksəlişi” başlıqlı hesabatında yazıb ki, onilliklər ərzində diqqətli inkişaf İranı dron texnologiyasında ciddi rəqibə çevirib və ona yeni regional təsir imkanları bağışlayıb.
 
Milli prioritet
 
Middle East Eye-ın məlumatına görə, İranın pilotsuz təyyarələrinin üstünlüyü onilliklər ərzində onun milli prioriteti olub və ölkə hakimiyyəti ölkənin sanksiyalara məruz qalmış iqtisadiyyatına baxmayaraq, bunu qoruyub saxlayıb. Bu hesabata görə, 1979-cu il İranda İslam İnqilabının baş verməsi və bunun nəticəsində İran və Qərb arasında düşmənçilik yarandıqdan sonra beynəlxalq sanksiyalar Tehranı hər cür məhsul, xüsusilə də hərbi məhsullarla özünü təmin etməyə sövq edib.
 
Bu hesabata əsasən, məhz İran-İraq müharibəsi zamanı 1980-ci illərin ortalarında Tehranın pilotsuz təyyarələrə olan marağı başladı. Həqiqətən də ölkənin pilotsuz təyyarələrdən döyüş meydanında strateji istifadəsini göstərən, “quş sürüsü” mənasını verən – “Əbabil” adlı ilk pilotsuz təyyarə idi.
 
Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun (SWP) İran məsələləri üzrə eksperti “növbəti onilliklərdə İranın PUA proqramı ölkə ordusunun ayrılmaz hissəsi kimi təsdiq edildiyini” ifadə edərək, vurğulayıb: “İranın pilotsuz təyyarə strategiyası, ölkənin hərbi strategiyasının dörd sütunundan biridir. İranın raket proqramı, müttəfiqlər və qeyri-dövlət quruluşları şəbəkəsi və kibermüharibə sahəsində artan imkanları isə, digər sütunları təşkil edir.
 
Bu ekspertin fikrincə, bütün bunlar İranın iflicedici sanksiyalara qarşı yaratdığı “asimmetrik caydırma”nın əsasını təşkil edir. O əlavə edib: İran səmərəli Hərbi Hava Qüvvələrini kompensasiya etmək üçün raket və pilotsuz təyyarə proqramını inkişaf etdirdi və yerli inkişaf İranın hərbi düşüncəsində prioritet oldu.
 
İngiltərənin Durham Universitetinin başqa bir mütəxəssisi bu mövzuda Middle East Eye-a deyib: İranın raket proqramı, xüsusilə İsrailə qarşı caydırıcı əhəmiyyətinə görə daim diqqət mərkəzində olub. Məhz son 10 ildə İranda PUA-ların inkişafı sıçrayışa nail olub”. O, həmçinin qeyd edib: Bu inkişafın bir hissəsi, İranın ölkə üzərində vurduğu Amerika pilotsuz təyyarəsini ələ keçirilməsilə bağlıdır.
 
Londonda yerləşən bu xəbər saytına görə, İran hazırda 2000 kilometr mənzilli dəqiq idarə olunan raketləri daşıya bilən pilotsuz təyyarələr parkına və çoxlu sayda müşahidə dronlarına malikdir.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 01
  • Göndərən جهان کمالی