Dünya müsəlmanlarının Ali Dini Lideri Həzrət Ayətullah Xameneinin Tehrandakı Əbuzər məscidində terror edildikdən sonra, əlinin sağalması ilə bağlı xatirəsi.
Arannews :Həzrət Ayətullah Xamenei yaralı əlinin bərpası və oğlunun itirilmiş qabiliyyətinin bərpasında oynadığı rol haqqında deyir: “Mənim sui-qəsd hadisəsi səbəbindən iflic olan əlim, qolum, bir müddət qətiyyən hərəkət etmədi və qolumda şişkinlik var idi. Sonra yavaş-yavaş gördüm ki, çiyin tərəfdən bir az tərpəndi. Həkim mənə dedi ki, yeriyəndə qollarımı təbii formada hərəkət etdirim. Mən də belə etdim, hərəkət diapazonu artdı. Sonra yavaş-yavaş gördüm ki, əlimi dirsəkdən bükə bilirəm. O vaxtlarda, Uca Allah bizə bir qız övladı verdi ki, mənimlə çox ünsiyyəti var idi. Prezident aparatında yanıma çox gəlirdi, onu qucağıma götürürdüm. Yavaş-yavaş gördüm ki, bu əlimlə də onu qucağıma götürə bilirəm. Bir gün həkimim gördü ki, bu əlimlə onu qucaqlayıram, məni çox ruhlandırdı. Dedi ki, bu uşaq sənin əlini sağaldacaq! Bu uşağı məhəbbətlə qucaqlayanda, səni onun ağırlığına dözməyə məcbur edir. Elə də oldu. Qucaqlayır, gətirib aparırdım. Sonra yavaş-yavaş bu əlim gücləndi. İndi biləkdən aşağı olan barmaqlar əl deyil, əl formasındadır. Çünki bizim üçün demək olar ki, heç bir iş görmür! O, ancaq bəzi işləri görür. Lakin əl əldir də.”
1981-ci il iyunun 27-də Ayətullah Xamenei Tehranın Əbuzər məscidində nitq söyləyərkən, stolun üstündə olan və onun sözlərini yazan böyük maqnitofon partladı və inqilab rəhbərinə qarşı bu uğursuz sui-qəsd baş verdi.
İnqilab rəhbəri həmin gün Əbuzər məscidinə gəlməsəydi və yaralanmasaydı, böyük ehtimalla ertəsi gün İslam Cümhuriyyəti Partiyasının toplantısında baş verən partlayış hadisəsində şəhid olacaqdı. Əslində, o İlahi məşiyyət (istək) sayəsində sağ qaldı.