Tarix : 2022 Nov 05
Kod 63052

Rəisi: İran sağmal inək olmayacaq

İran Prezidenti: Cənab Bayden! İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməmək əzmindədir. Biz heç vaxt sağmal inək olmayacağıq.
Arannews :iran prezidenti “Beynəlxalq İmperializmlə Mübarizə Günü” münasibətilə keçirilən mərasimdə Amerika prezidentinin son cəfəngiyyatına cavab olaraq deyib: “Mənə məlumat verildi ki, Amerika prezidentinin ağzından bir söz çıxıb və təbii ki, bu söz onun tez-tez fikrinin yayınması üzündən ola bilər. O deyib ki, biz İranı azad etmək istəyirik.
İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməmək əzmindədir. Biz heç vaxt sağmal inək olmayacağıq.
İran xalqı öz mövqeyini dəfələrlə bəyan edib. Bugün gənc və yeniyetmə nəsil də həmin fikirdədir. Bəzi aldanmış və xain insanların olması mümkündür. Lakin böyük İran xalqı öz mövqeyinin üstündə dayanıb və dəfələrlə bunu bəyan edib.
İran İslam Respublikası bütün sanksiyalara baxmayaraq irəliləyir. Əsgərlərinə tikanlı məftil vermədiyiniz ölkə indi nüvə və müdafiə sənayesində istehsalçılardan biridir. Sizin təhdidləriniz bizi dayandıra bilməz. İran millətinin qatarının hərəkəti dayanmayacaq. Siz bu qatarın sürətlə hərəkətini ləngitmək istəyirsiniz, amma bu yanlış təsəvvürdür.”
Qeyd edək ki, əsrlər boyu ABŞ başda olmaqla qərb dövlətləri daha zəif ölkələrin resurslarını talayırlar. Neft sənayesinin milliləşdirilməsi, daha sonra İran İslam İnqilabının baş verməsi ilə onların əlləri İslami İranın torpağından və sərvətlərindən kəsildi. İmperializm və müstəmləkəçilik ünsürləri İran İslam İnqilabı nəticəsində verdikləri itkiləri kompensasiya etmək üçün Səudiyyə Ərəbistanı kimi ölkələri və son illərdə Xəzər dənizi sahilindəki bəzi ölkələri daha çox talamağa başladılar. Şübhəsiz ki, region ölkələri müqavimət göstərməsə, bu ölkələrin sərmayələri və milli sərvətləri qərbin quldur hökumətlərinin maraqlarına xidmət edəcək.
Nümunə olaraq qeyd edək ki, sionist rejim və İngiltərə hökuməti Azərbaycan Respublikasının neft və qaz ehtiyatlarının böyük bir hissəsini qərbin maraqlarına uyğun şəkildə istismar etməyə başlayıb. Bu prosesin davam etməsi ilə çox çəkməyəcək ki, Amerika üçün sağmal inəklər siyahısına yeni ölkələr də əlavə olunacaq.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 05
  • Göndərən جهان کمالی