Tarix : 2022 Nov 06
Kod 63057

Ceyhun Bayramov: İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib

“Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, qonşu ölkələrlə yaxşı münasibətlər olsun. Biz bu istiqamətdə ardıcılı addımlar atmışıq. İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib”.

Arannews :Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında bir sıra müsbət layihələr həyata keçirilib - iqtisadi, nəqliyyat, sahəsində, transsərhəd ticarət mövzusunda, Araz çayının birgə istifadəsi və s.

“Qonşu ölkələrlə yaxşı münasibətlərimizin olması bizim üçün bir nömrəli prioritetdir. Biz müstəqillik dövründə İran İslam Respublikası ilə yaxşı, xoş qonşuluq münasibətlərinin qurulması istiqamətində ardıcıl addımlar atmışıq. Hesab edirəm ki, bu istiqamətdə bizim birgə uğurlarımız da az olmayıb” – nazir vurğulayıb.

  • Yazılıb
  • da (də) 2022 Nov 06
  • Göndərən جهان کمالی