İran Xarici İşlərn Nazirliyinin sözçüsü Ukrayna xarici işlər nazirinin sözlərinə reaksiyada İran İslam Respublikasının Ukrayna savaşı qarşısında aktiv tərəfsizliyinə təkidlə bildirib ki, emosional ifadələr və qeyri-faktiki ittihamvurmalar Ukrayna böhranının həllinə kömək etməyəcək.
Arannews :Nasir Kənani dünən axşamçağı ukraynalı tərəfə reallığı tövsiyə edib və söyləyib: Bu ölkənin başçıları yaxşı olardı ki, İran İslam Respublikasına qarşı boş ittihamlar irəli sürmək və günahı onun boynuna yıxmaq yerinə, öz iddialarına dair faktları təqdim etmək istiqamətində ikitərəfli texniki-ekspert iclasının keçirilməsi barədə rəsmi Tehranın konstruktiv təkliflərinə cavab versinlər.
İran İslam Respublikasının Ukrayna böhranının əvvəlindən bu böhranla bağlı dinc həll yolunun tapılması üzrə diplomatik səylərinə toxunan Kənani, Ukrayna müharibəsində istifadə edilmək üçün hər hansı silah və sursatın göndərilməsini bir daha və qətiyyətlə təkzib edib.
Kənani həmçinin bir daha rəsmi Tehranın Ukraynada müharibənin dayandırılmasına yardıma hazır olduğunu Kiyev başçılarının diqqətinə çatdırıb.