Tarix : 2008 Aug 04
Kod 6306

Bakida YAŞAYIŞ BİNASINDA PARTLAYIŞ

hadisə Naxçıvanski küçəsi 45 ünvanında yerləşən evin birinci mərtəbəsində baş verib
Azərbaijan Servisi/Aran Agentliyi
Bu gün saat 16.00 radələrində Bakının Nizami rayonu ərazisində yaşayış binasında güclü partlayış olub.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvanski küçəsi 45 ünvanında yerləşən evin birinci mərtəbəsində baş verib. Hadisənin başvermə səbəbləri, partlayış nəticəsində ölən və ya yaralananların olması barədə hələlik məlumat yoxdur.
  • Yazılıb
  • da (də) 2008 Aug 04