Tarix : 2022 Nov 07
Kod 63061

İran Bakıdakı güləş yarışlarının çempionu oldu

İranın güləş üzrə yığma komandası yarışlara ev sahibliyi edən Azərbaycan Respublikası ilə final görüşündə qalib gələrək Dünya Kubokunun çempionu olub.

Arannews : Bakıda İran, Türkiyə, Qırğızıstan, Azərbaycan və dünya seçilmişlərindən ibarət beş komandanın iştirakı ilə Güləş üzrə Dünya Kuboku keçirilib.  Yarışlarda Həsən Rəngrəz”in yetirmələri birinci addımda Türkiyə millisi ilə qarşılaşaraq onu 6:4 hesabı ilə məğlub edib.

 İranın yunan-roma güləşi üzrə yığması ikinci görüşdə Qırğızıstan komandası ilə qarşılaşıb və Qırğızıstanı 8-2 hesabı ilə məğlub edərək finala yüksəlib.

“Həsən Rənrəz”in yetirmələri final görüşündə ev sahibi Azərbaycan Respublikası ilə qarşılaşıb və bu ölkəni məğlub edərək dünya çempionu olublar.

  • Yazılıb
  • da (də) 2022 Nov 07
  • Göndərən جهان کمالی