Tarix : 2022 Nov 08
Kod 63062

Şirazdakı terror hadisəsi ilə Həbs edilənlərin hamısı qeyri-iranlıdır

İranın Ettelaat Nazirliyinin Şirazdakı terror hadisəsi ilə bağlı ikinci açıqlaması: İndiyədək 26 təkfirçi terrorçu həbs edilib / Həbs edilənlərin hamısı qeyri-iranlıdır.
 Arannews : Ettelaat Nazirliyi “Şahçıraq” Həzrət Əhməd bin Musanın (ə) hərəmində baş vermiş terror hadisəsi ilə bağlı ikinci açıqlamasını belə dərc edib: İndiyədək aparılmış müşahidə, araşdırma və icra edilmiş əməliyyatlar nəticəsində, səhnəni idarə edən, əməliyyatçı və sözügedən terror aktının təminatındakı bütün şəxslər müəyyən edilərək həbs edilib. Bundan əlavə, oxşar əməliyyatlar üçün ölkəyə daxil olan bir sıra digər şəxslər də həbs edilib. Belə ki, indiyədək 26 təkfirçi terrorçu həbs edilib.
 
🔹 Həbs olunanların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları olan qeyri-iranlıdır.
🔹 Ölkə daxilində əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsinin əsas üzvü Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportundan uçan və İmam Xomeyni adına hava limanının hava sərhədindən ölkəyə daxil olan Azərbaycan Respublikasının vətəndaşı olub. Bu şəxs Tehrana gəldikdən sonra, Azərbaycan Respublikasındakı əlaqələndirici üzvə çatdığını bildirib. O, İŞİD-in Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə dərhal İŞİD-in xarici vətəndaşlar şəbəkəsi ilə əlaqə saxlayıb və Tehranda olması barədə onlara məlumat verib.
🔹 Şirazdakı əməliyyat səhnəsinin təminatçı üzvü "Əbu Bəsir" ləqəbli "Məhəmməd Ramiz Rəşidi" adlı əfqan və müqəddəs ziyarətgahda atəş açan şəxs isə, Tacikistan vətəndaşı olan "Əbu Aişə" ləqəbli "Sübhan Komruni" olmuşdur.
🔹 Adı çəkilən terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Xorasan Rəzəvi əyalətlərində təqib edilərək həbs ediliblər. Onların bəziləri də şərq sərhədlərində və ölkədən qaçarkən həbs edilib.
🔹 Adı çəkilən terrorçuların bəziləri Zahidan şəhəri də daxil olmaqla, digər terror əməliyyatları üçün lazımi tədbirləri hazırlayır və təmin edirdilər.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 08
  • Göndərən جهان کمالی