Tarix : 2022 Nov 08
Kod 63064

Ceyhun Bayramovla Ararat Mirzoyan razılığa gəldilər

7 noyabr 2022-ci il tarixində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.

Arannews : görüşün keçirildiyi Blair House-da, nazirlər ABŞ dövlət katibi Entoni Blinkenlə də bir araya gəliblər.

Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd ediblər. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.

Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildiriblər.

  • Yazılıb
  • da (də) 2022 Nov 08
  • Göndərən جهان کمالی