Tarix : 2022 Nov 09
Kod 63068

İran Ordusu Quru Qoşunlarının komandiri düşmənlərə istənilən hərəkət barədə xəbərdar edib

İran Ordusu Quru Qoşunlarının komandanı düşmənlərə xəbərdarlıq edib ki, əgər İran İslam Respublikasına qarşı hər hansı bir səhv etsələr, qətiyyətli cavabla üzləşəcəklər.

Arannews : İran Ordusu Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri çərşənbə axşamı Rəzəvi Xorasan vilayətinin Taybad şəhəri və Əfqanıstanla ortaq sərhəd-keçid məntəqəsi Doqarunda yoxlama səfəri zamanı belə deyib.

"Ordunun quru qoşunları düşməndən gələn istənilən təhlükəni dəf etməyə və sərhədlərdə təhlükəsizliyi təmin etməyə hazırdır", - deyə komandir bildirib.

General Heydəri bildirib ki, ordu hissələrinin ölkə sərhədlərində olması sabit təhlükəsizliyi təmin etmək üçündür.

Heydəri əlavə edib: "Şimal-Şərqi Ordu Qərargahına daxil olan 77-ci Xorasan Diviziyasının batalyonları ölkənin şərq sərhədlərində hazırdır və yüksək əhval-ruhiyyə və tam hazırlıqla sərhədləri qoruyurlar".

Komandir əlavə edib: "Bu sərhədlərdə cinayətkarlar və qaçaqmalçılar  qarşı ölkənin bəzi ünsürlərinin təhriki və bəlkə də müşayiəti ilə keçmişdə bir sıra təcavüzlər etmişlər, lakin qəti cavablar almışlar".

O, düşmənlərə xəbərdarlıq edib ki, əgər səhv etsələr, bir neçə saniyə ərzində həyatlarını itirəcəklər.

  • Yazılıb
  • da (də) 2022 Nov 09
  • Göndərən جهان کمالی