Tarix : 2022 Nov 10
Kod 63069

Qardaşlıq təktərəfli olmur ki, Şeyx!

“Yeni Müsavat” xəbər verib ki, İranın region ölkələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı çıxması və Ermənistanın cənubunun Azərbaycan Respublikası tərəfindən işğalı ehtimalı ilə bağlı Bakının İrana qarşı təbliğat xarakterli hücumlarının davamında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də əvvəllər İranın Azərbaycan Respublikasına sarsılmaz dəstəyini vurğulamasına baxmayaraq, avamcasına deyib:
“Arannews :Yeni Müsavat” xəbər verib ki, İranın region ölkələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı çıxması və Ermənistanın cənubunun Azərbaycan Respublikası tərəfindən işğalı ehtimalı ilə bağlı Bakının İrana qarşı təbliğat xarakterli hücumlarının davamında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də əvvəllər İranın Azərbaycan Respublikasına sarsılmaz dəstəyini vurğulamasına baxmayaraq, avamcasına deyib: “Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma, bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”. A. Paşazadə bu yaxınlarda baş direktoru və aparıcısı Mirşahin Ağayevin İran əleyhinə çıxışında İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbası (ə) efirindən təhqir edərək, Azərbaycan Respublikası xalqının etirazına səbəb olan Real TV-yə müsahibə verərkən bildirib: “Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə onlara xeyir-dua verir. Bəs nə üçün xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. 30 il ərzində Ermənistan Azərbaycana hərbi təcavüz edən zaman, İran ordusu harada idi? Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu ermənilər etmədilərmi? Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı”.
Onlara bəzi şeyləri xatırlatmaq lazımdır ki, İrandan məyus olmaq əvəzinə özlərindən məyus olsunlar.
Cənab Allahşükür Paşazadə!
Əliyevin məmurları Allahı söyəndə, siz harada idiniz? Hacı Tale və digər dindarlar hökumətinizin anti-din siyasətinə etiraz etmək üçün şəhadətin bir addımlığına qədər gedəndə, siz harada idiniz? Əliyev hökuməti Azərbaycandakı din qardaşlarımızı İran üçün casusluq və narkotik maddə daşımaq kimi saxta ittihamlarla uzun müddətli azadlıqdan məhrum edəndə, siz harada idiniz? Əhli-Beyt (ə) bayraqları hörmətsizliklə cırılanda, harada idin? Azərbaycanda qazi qardaşlarımız İlham Əliyevin zülmünə görə özlərini yandıranda, niyə səsini çıxarmırsan? Əliyev təcridxanalarında dindar qardaşlarımızı zorlamaqla hədələyəndə, niyə etiraz etmirsiniz? Əliyev hökuməti səhər-axşam mediada iranlıları qaralamaqla məşğul olanda, niyə iranlıların sizin din qardaşlarınız olduğunu xatırlamırsınız? Əliyevin casusları Həşdi-Şəbi (İraqda İslam Müqaviməti) qüvvələrinin mövqeyini amerikalılara satarkən, niyə din qardaşlarını xatırlamadın? Din qardaşlarımızı İŞİD-dən xilas etmək üçün Suriyaya gedən hərəm müdafiəçiləri olan azərilər ölkənizə qayıtdıqdan sonra həbs olunanda, niyə onları din qardaşı hesab etmədiniz?
Qardaşlıq təktərəfli olmur. Sizin prezidentiniz, hökumətiniz və ya sizin nəzarətiniz altında olan Qafqaz Müsəlmanları İdarəsi dünyadakı müsəlman din qardaşları üçün nə edib? Maddi və diplomatik dəstək heç, məzlum Fələstin xalqına dəstək olaraq bir tvit yazmısınız? İŞİD-in cinayət illərində suriyalı və iraqlı qardaşlara dəstək olaraq səsiniz eşidildimi? Yəmənlilərin Səudiyyə Ərəbistanının raketləri altında qaldığı bütün illər ərzində onları himayə edən bir söz dedinizmi? Onlar sizin din qardaşlarınız deyilmi?
İkiüzlülük maskanız çoxdan cırılıb. Siz, əlinizdə İslam düşmənlərinə yaxınlaşmağa bəhanə olsun deyə, əsl müsəlmanları təhqir və ittiham etmək üçün dindən pərdə kimi istifadə etdiniz. İsraillə münasibətinizə inanmalıyıq, yoxsa müsəlmanlıq iddianıza? İmam Xomeyni haqlı olaraq deyib ki, münafiqlər kafirlərdən də pisdirlər. Əliyev hakimiyyəti və sizin kimi ikiüzlülər ermənilərdən qat-qat artıq İslam düşmənidirlər. Ermənilər məscidləri təhqir edibsə, siz milyonlarla dindarı təhqir etmisiniz. İslam Peyğəmbəri (s) buyurmayıbmı: “Möminin hörməti Kəbədən üstündür”. İndi özün de, ermənilər İslam və müsəlmanlara daha çox zülm ediblər, yoxsa Əliyev hökuməti? Ermənilər İslamın qatı düşməndirlər, yoxsa siz? Ermənilər cəmi bir dəfə cinayət törədiblər, siz isə 30 ildir ki, öz müsəlman xalqınıza, İran və İraq müsəlmanlarına qarşı cinayət və xəyanət edirsiniz.
İran haqqında dediyiniz yalanlara və birinci Qarabağ müharibəsində kömək etməməyə gəlincə, siz Qiyamət günü hesab verəcəksiniz. İran birinci Qarabağ müharibəsində hərbi təlimlər keçirməyib, birbaşa sizin xeyrinizə müharibəyə girib, amma siz otuz ildir öz xalqınıza yalan danışırsınız. Nədən qorxursunuz ki, xalqınıza İranın doğrudan da onların dostu olduğunu bildirmirsiniz? Xocalıda 600 nəfər öldürülmüşdüsə, İranın köməyi ilə 400 min insan xilas edilmişdir. Heç olmasa özünün, Hikmət Hacıyevin və ya İlham Əliyevin əvvəlki müsahibələrinizə istinad edərdin və bu qədər rahat yalan danışmazdın. Allah qoysa, o gün gələcək ki, Azərbaycandakı zülm hakimiyyətinə son qoyulacaq və Azərbaycan xalqı həqiqəti anlayacaq, əsl dostunu və düşmənini tanıyacaq. Eynilə Səddamın devrilməsindən sonra İranla bu qədər səmimiləşən və yaxınlaşan İraq kimi. Gün gələcək ki, Azərbaycanda “Kərimə Dövləti” qurulacaq, burada münafiqlər alçaldılacaq, möminlər izzətli olacaq.
İmam Muhəmməd Baqirin (ə) “İftitah” duasında buyurduğu kimi, biz də dua edirik: “İlahi, biz Səndən Kərimə dövlət istəyirik. Onunla İslam və ardıcıllarını izzətə çatdırasan və nifaq və əhlini zəlil edəsən”.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 10
  • Göndərən جهان کمالی