Tarix : 2022 Nov 11
Kod 63071

Vəhşi qərbin gözündə Azərbaycan Respublikasının yeri

Niyə Azərbaycan Respublikası İrana qarşı terror əməliyyatları üçün platforma seçildi?
 
Arannews :Qərbin Azərbaycan Respublikasına hərtərəfli təsiri, qərblilərin bu ölkənin neft və qaz quyuları üzərində gərgin rəqabəti və İran İslam Respublikasının sərhədlərinə yaxınlığı bu ölkənin torpağını böyük İran xalqının and içmiş düşmənləri üçün nadir fürsətə çevirmişdir, beləliklə, bu torpaqdan əvvəlcədən müəyyən edilmiş məqsədlərlə İrana qarşı terror və dron əməliyyatları üçün platforma kimi istifadə olunsun.
 
İranın on beş ölkə (Pakistan, Əfqanıstan, Türkiyə, İraq, Ermənistan, Azərbaycan, Türkmənistan, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan) ilə quru və dəniz qonşuluğu var ki, bu da dünya əhalisinin təqribən, 9%-ni əhatə edir.
İranın cənubunda bəzi bədxah qonşuları uzun illərdir ki, İranın və bəşəriyyətin düşmənləri ilə açıq-aşkar və uzunmüddətli yaxınlaşmada region xalqlarının mənafeyinə zidd fəaliyyət göstərirlər, halbuki, həmin ölkələrin özü onları sağmal inək adlandırırlar. Təbii ki, onları idarə edən cahil təfəkkürə diqqət etməklə, başqa bir gözlənti yoxdur.
Bu, ABŞ-ın keçmiş prezidentinin çıxışında dediyi cümlədir: “Ərəbistan bizim üçün sağmal inəkdir, ondan istədiyimiz vaxt qızıl və dollar sağa bilərik, südü bitəndə isə onu başını kəsəcəyik”. Bu, idarəçilik və siyasət adamları, xüsusən də digər oxşar ölkələrin dövlət xadimləri üçün çox ibrətamiz və unudulmaz bir cümlədir.
Əgər “sağmal inək” anlayışı haqqında daha çox danışmaq istəsək, “strateji idarəetmə” və “Boston Qrupunun artım müqayisəsi metodu”nun elmi müzakirəsinə girməliyik ki, geniş mövzudur, lakin onu qısaca belə izah etmək olar:
Boston Qrupu matrisindəki “Sağmal İnək” strategiya qrupunda mənfəət əldə etmək üçün strategiyalar nəzərdən keçirilir, hansı ki, onların nəticələri yüksək bazar payı ilə yanaşı, yaxşı mənfəət və gəlirə malikdir, lakin artımı az olan bazarlarda yerləşirlər. Yəni bu məhsulların istehsalından əldə edilən gəlir onların istehsalı üçün tələb olunan investisiyadan çoxdur, habelə iqtisadi və siyasi liderlər ən az sərmayə ilə ən çox süd (gəlir) sağa bilərlər.
Həmin açıq çıxışında Tramp Ərəbistanın beynəlxalq imicini zəiflətməklə yanaşı, bu mesajı öz auditoriyasına çatdırdı: nə qədər ki, mənim üçün südünüz var (faydalısınız), sizə dəstək olacam.
İnkişaf etmiş ölkələr strateji idarəetmə biliklərindən istifadə edərək müxtəlif ölkələrin dəyərini və mövqeyini ölçür, onun nəticələrinə əsasən, onlarla əlaqə səviyyələrinə qərar verirlər.
İmperializm zəif ölkələrdə gah coğrafiyadan, gah sərvətdən, gah da hər ikisindən istifadə edir və bu arada “sağmal inək” strategiyasına əsaslanaraq, enerji resurslarına malik ölkələrə xüsusi diqqət yetirilir.
Azərbaycan Respublikası strateji enerji oval regionunda yerləşir və digər tərəfdən, əksəriyyəti şiə olan ölkə qərblilər tərəfindən təhlükəli sayılır. Digər tərəfdən isə İran İslam Respublikası ilə (Amerikanın bir nömrəli düşməni kimi) uzun müddətdir ümumi sərhədi var. Hökumətin aşkar zəifliklərini və British Petroleum kimi kölgə hökumətlərin və Azərbaycan Respublikasındakı sionist rejimin təhlükəsizlik bölmələrinin təsirini nəzərə almaqla, iqtisadi, təhlükəsizlik və hədəflənmiş terrorizm mafiyaları üçün bu ölkə hökumətinin nəzarətindən kənar təsir və hərəkətlərin həyata keçirilməsinin yolu və imkanı mövcuddur. Ölkənin hökuməti də siyasi, hərbi və yeni texnologiyalar sahəsində zəiflik hiss etdiyindən, bu ölkənin məzlum və müsəlman xalqını bac ödəməyə və onlara geniş imtiyazlar vermək müqabilində yerli olmayan və bölgədən kənar güclərdən dəstək almağa məcbur edir.
Qafqaz regionunda və xüsusən də Cənubi Qafqazda olan həssaslığı nəzərə alaraq, ABŞ ən azı zahirdə, özünün bu regionda birbaşa iştirak və təsir imkanlarını təmin etməyib, çarəsiz qalaraq sionist rejim və İngiltərə kimi ölkələrin vəkillik imkanlarından istifadə edir. Halbuki, Ermənistan Respublikasına Azərbaycanın düşməni kimi münasibətini və dəstəyini praktiki olaraq gizlədə bilmir. Bunu Trampın 44 günlük Qarabağ müharibəsi zamanı verdiyi açıqlamalarda, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin İrəvanda olmasında və ya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana son səfərində də gördük.
Qərbin Azərbaycan Respublikasına hərtərəfli təsiri, qərblilərin bu ölkənin neft və qaz quyuları üzərində gərgin rəqabəti və İran İslam Respublikasının sərhədlərinə yaxınlığı bu ölkənin torpağını böyük İranın böyük xalqının and içmiş düşmənləri üçün nadir fürsətə çevirmişdir. Ötən illər ərzində Azərbaycan Respublikasının ərazisindən dəfələrlə İrana qarşı terror və pilotsuz uçuş aparatları əməliyyatları üçün platforma kimi istifadə olunub. Şirazda bu yaxınlarda həyata keçirilən vəhşi əməliyyatın terrorçu komandasına rəhbərlik edən terrorçu Bakının Heydər Əliyev Hava Limanından Tehrana birbaşa reyslə uçan Azərbaycan vətəndaşı olmuşdur. Bu qəbildən olan cinayət Bakının qeyri-dost fəaliyyət silsiləsində sayılır.
İranda terror əməliyyatları həyata keçirmək üçün qonşu Azərbaycan Respublikası bir şiə ölkəsi olaraq aşağıdakı məqsədlərlə seçilib:
1. İran xalqının Azərbaycan Respublikası xalqına dost və qardaş ölkə kimi inamından məhrum edilməsi və bu ölkə vətəndaşlarının İrana gediş-gəlişinə qeyri-ənənəvi həssaslıq yaratmaq;
2. İki qonşu şiə ölkəsinin xalqı arasında kin və nifrət yaratmaq;
3. İki ölkənin şiə və din qardaşlarının qardaşlıq münasibətlərinə qarşı İrandakı ifrat millətçi qrupların, şahpərəstlərin, erməni lobbisinin qələm və mediasına reaksiya imkanının yaradılması;
4. Terror əməliyyatlarından sonra yaranan dalğaların kənarında Azərbaycan Respublikasında dindarların əksəriyyətinə parçalanma və ikiqat təzyiq mühitinin yaradılması;
5. Amerika, Ərəbistan və sionist rejimə bağlı muzdluların rəhbərliyi altında İranda iğtişaşların davam etdiyi günlərdə İrana qarşı yeni cəbhə və dalğanın yaradılması;
6. İki İslam ölkəsi arasındakı əlaqəni pozmaq üçün İran və Azərbaycan arasında qarşıdurma və münaqişə yaratmaq.
Azərbaycan Respublikasında İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərinin tərtibatçılarının məqsədlərindən xəbərdar olmağımız səbəb olmuşdur ki, həmişə olduğu kimi, Azərbaycan Respublikasının canımızın bir hissəsi olan məzlum və şiə xalqının hesabını bu nəcib insanların arasına sızan cəlladlardan ayıraq. Əziz Azərbaycan xalqına isə bildiririk ki, onların ətrafında baş verən fitnə və hadisələrdən tam xəbərdar olsunlar, münasib şərait yarandıqda uşağa və qocaya rəhm etməyəcək milli və dini ekstremistlərə öz əziz torpaqlarından sui-istifadə etməsinə imkan verməsinlər, Azərbaycan torpağının Azərbaycanda və ya başqa bir ölkədə şiələrin, günahsız insanların qanının axıdılması meydanına çevrilməsinə imkan verməsinlər.
Aydındır ki, Azərbaycanın aidiyyatı orqanları və onlara bağlı KİV-lər üçün əvvəlcədən hazırlanmış bəyanatlara əsasən, həmişə olduğu kimi, Azərbaycan hökuməti diplomatik və media mühitində bu acı faciələrə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edəcək. Əvvəlki kimi yetərincə və inkaredilməz sənədlər aidiyyəti qurumların gözü qarşısında qoyulacaq, real ya qeyri-real Azərbaycan rəsmilərinin təəccübünün və “xarici agentlərin (sionist rejim və s.) onların xəbəri olmadan bu terror əməliyyatı ilə bağlı hərəkətə keçmələri” kimi cavab verəcəklərinin şahidi olacağıq!
Amma İslami İranın qəhrəman xalqına qarşı terror aktı törədən hər kəs üçün çox vacib bir məqama diqqət yetirmək lazımdır: Strateji səbri səhv tərcümə və şərh etməyin, ey dünya kədxuda qolçomaqları! Min gündən çoxdur ki, gecə saat 01:21-dən sonra gözlərini yuma bilirlər. Əgər bilmirsinizsə, onlardan Eynül-Əsəddə nə baş verdiyini soruşun, hansı ki, bu sadəcə bir xəbərdarlıq və onların çirkli üzünə kiçik bir sillə idi.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 11
  • Göndərən جهان کمالی