Tarix : 2022 Nov 12
Kod 63073

İran insan haqları şurasının xüsusi yığıncağının keçirilməsi haqda xəbərdarlıq edib

İran xarici işlər naziri BMT baş katibi ilə telefon söhbətində insan haqları şurasının İran barədə xüsusi yığıncağının keçirilməsi üzrə cəhdləri rədd və şuranın siyasi addımlarının İranın Qərblə həmkarlıqlarına neqativ təsirləri haqda xəbərdarlıq edib.

Arannews :Telefon söhbətində bəzi Qərb dövlətlərinin ikili rəftarlarını tənqid edən Hüseyn Əmir-Abdullahiyan əlavə edib: İnsan haqları şurasının yığıncaqları// son iğtişaşlarda belə, yüksək təmkinlilik göstərən və insan hüquqlarının real müdafiəçisi olan İran İslam Respublikasının barəsində deyil, zorakılıq və terrora rəvac verən dövlətlər barədə təşkil edilməlidir.

İran İslam Respublikasının xarici işlər naziri sonra bəzi ölkələrin qeyri-konstruktiv mövqe və hərəkətlərini kəskin tənqid atəşinə tutub: BMT Nizamnaməsinin əksinə gedən az sayda Qərb dövləti İrandakı dinc tələblərdən sui-istifadə etməklə medialarda və virtual mühitdə silah və “Kokteyl Molotov”un düzəldilməsi barədə təlim keçib, zorakılığı təşviq edibdir. Onlar nəticə etibarı ilə, polisin öldürülməsinə və İranda əmin-amansızlığa bais olublar; iş o yerə çatıbdır ki, İŞİD-in terror hərəkətlərinə belə, zəmin yaradıblar.

İran İslam Respublikasının xarici işlər naziri telefon söhbətində Ukrayna məsələsinə də toxunub,// Ukrayna savaşında istifadə edilmək məqsədilə Rusiyaya PUA göndərilməsi barədəki əsassız ittihamları bir daha və qətiyyətlə təkzib edib.

Əmir-Abdullahiyan Yəmən böhranına da diqqət çəkib. İrandakı son iğtişaşlarda bir ərəb ölkəsinin media və təhlükəsizlik müdaxilələrini tənqid edən iranlı rəsmi Yəmən böhranı ilə bağlı, İran İslam Respublikasının atəşkəsin uzadılmasına köməyi və bu sahədə BMT ilə həmkarlıqdakı rolunun davam etməsinə təkid edib.

“Yəməndə insanlara qarşı mühasirənin tam şəkildə aradan qaldırılması və atəşkəsin davam etməsi barədə istənilən qərar, bu ölkənin rəhbərləri və xalqı tərəfindən qəbul edilməlidir- deyə, İran rəsmisi xatırladıb.

Sözügedən telefon danışığında İranın Atom Enerjisi Təşkilatı ilə MAQATE arasındakı texniki dialoq istiqamətinə işarə edən İran xarici işlər naziri tərəflərin həmkarlığını əlverişli adlandırıb.

BMT-nin baş katibi də bu təşkilatın insan haqları şurasının vəzifələrinə işarə və şuranın, ölkələrin daxili işlərinə hər hansı siyasi müdaxiləsini rədd edibdir.

İranın Yəməndə atəşkəsin bərqərarına köməyi və terrorizmlə mübarizədəki konstruktiv rolunu yüksək qiymətləndirən Antonio Quterreş Yəməndəki müvəqqəti atəşkəsin uzadılması istiqamətində İranın BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi ilə əməkdaşlıqlarının davam etdirilməsini istəyib.

Quterreş İranın diplomatiyaya təkid etməsini yüksək dəyərləndirib. Sanksiyaların ləğvi üzrə danışıqlara gəlincə isə, nüvə anlaşmasının bərpasını, bütün tərəflərin maraqlarının təminedicisi adlandırıbdır.

  • Yazılıb
  • da (də) 2022 Nov 12
  • Göndərən جهان کمالی