Tarix : 2008 Aug 04
Kod 6308

Türkmənçay Müqaviləsi

.
Iran Servisi/Aran Agentliyi
Hamed Gülüstani
Yazıçı və tədqiqatçı
Xülasə:
Türkmənçay müqaviləsi çoxlu həqiqətləri özündə əks etdirir.Arazın o tayında olan ölkələrin(Qafqaz) İranlı olmasına yaxşı bir sübut Türkmənçay müqaviləsidir.Azərbaycan respublikası bu həqiqətin inkarına çalışır.bu müqavilə İran-Rusiya müharibəsi zamanı ortaya çıxdı.əgər bu müharibəni İran-İraq arasında olan müharibə ilə müqayisə etsək və onun nəticəsini araşdırsaq, siyasi hakimiyyətin növü və ölkənin ərazi bütövlüyünün qorunmasında dövlətin təsirini aydın şəkildə görə bilərik.bu tədqiqat ölkənin daxilində və Azərbaycan respublikasının xalqı üçün(Bu gün bu ölkənin bir hissəsi Ermənistan tərəfindən işğal edilib)faydalı ola bilər.
§ Giriş
1828-ci il fevralın 21-də İran və Rusiya arasında saziş imzalandı.bu sazişə əsasən İranın bir hissəsi Rusiya dövlətinə verildi.əlbəttə ondan əvvəl 1813-cü ilin oktyabr ayının 12-də iki dövlət arasında Gülüstan müqaviləsi imzalandı.bu sazişdə böyük İranın bir çox ərazisi Ruslara verildi.
180 il Türkmənçay müqaviləsinin imzalanmasından keçir.indi bu müqaviləni müxtəlif cəhətlərdə araşdırmaqdan məqsəd İrana yetirilən xəsarət, zaman ərzində həqiqətlərin təhrif edilməsi və bu müqaviləyə qarşı olan mənfi təbliğatın mahiyyətini məlum etmək və tarixi faktları olduğu kimi əks etdirməkdir.
Bu mühüm hadisənin əhəmiyyəti ondan ibarətdir ki, Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından iki əsr keçir və bu tarixi faktlarda olan təhriflər səbəb olub ki, bir sıra şəxslər qəsdən və qərəzli fikirlərlə və bir sıra şəxslər isə həqiqətləri bilmədən, Ana dilə və Ana yurda olan təmiz eşqlə, İranın və İslamın düşmənlərinin vasitəsilə himayə edilən bəzi siyası partiyaların qurduğu tələlərə düçar olurlar və nəticədə İrani-İslami mahiyyətlərini ədən verirlər.necə ki, bu müqavilələrin əsasında Azərbaycan respublikası İrandan ayrıldı və Azərbaycan müxtəlif dövrələrdə İrani-İslami varlığı məhv etmək üçün çalışırlar.yeni nəsildə bir növ şəxsiyyət böhranı var, dövlət başçıları və bu böhranın yaranmasında rolu olan bir sıra şəxslər, İranın qəni mədəniyyətini müsadirə etməklə bu problemi həll etməyə çalışır, əlbəttə bu yolda uğursuz olacaqlar.
§ Türkmənçay Müqviləsinin məzmunu
İran-Rus müharibəsinin sonlarında 1828-ci il fevralın 21-dəTürkmənçay kəndində iki dövlət arasında 16 fəsildən ibarət dirnaq arası sülh sazişi imzalandı.bu müqavilədə həm İran ərazisinin bir hissəsini əldən verdi, həm də İrana siyasi, iqtisadi, mədəni və nizami baxımından ziyanlar dəydi.birinci fəslində müqavilənin tərəfləri məlum oldu və ikinci fəsildə Gülüstan müqaviləsi etibarsız elan olundu və onun yerinə Türkmənçay müqaviləsinin icra edilməsi qeyd olundu.
Bu müqavilənin üçüncü fəslinə görə"İran şahı öz tərfindən və şahzadələr tərəfindən Arazın iki sahilində yerləşən İrəvan xanlıqlarını və Naxçıvan xanlıqlarını, Rus dövlətinə verdi və şah söz verdi ki, 6 ayın ərzində xanlıqlara aid olan bütün sənədləri Rus dövlətinə versin."
Dördüncü fəsildə iki ölkə arasında olan dövlət sərhədi təyin edildi.Arazın şimalində yerləşən İranın əraziləri, o cümlədən Qarabağ, Gəncə, Şəki, Şirvan, Qəbə, Dərbənd, Badkubə, Talış, Dağıstan, Gürcüstan, Şora gol mahallı, Açıq başı və Groziyə, Mongril, Abxaz, Olka, İrəvan və Naxçıvan əyalətləri Rusiyaya verildi.əlbəttə, xatırlatmalıyam ki, İrəvan, Naxçıvan və Talış zonasının bir hissəsi və qeyd olunmuş ərazilərin hamısı Gülüstan müqaviləsində Rusiya dövlətinə verilmişdir.1827-ci ildə və ikinci İran-Rus müharibəsinin əvvəllərində İranın ordusu və İran xalqı bu əraziləri azad etdilər.ancaq Rus dövləti işini möhkəmləndirmək üçün Türkmənçay müqaviləsinin 4 və 5-ci fəsillərində dövlət sərhədini təyin etdi.belə ki, qeyd olunmuş ərazilər və hətta İrəvan, Naxçıvan və bütöv Talış zonası Rus dövlətinə verildi.
Bu müqavilənin 6-cı fəslinə görə İran Rusiyaya 20 mln.manat təzminat verməli idi.
Müqavilənin başqa fəsillərinə əsasən bunlar icra edilməlidir:
A.    Rusiyanın ticarət gəmilərinə icazə verilirdi ki, Xəzər və onun sahilində azad şəkildə gəliş-gediş etsinlər.
B.    Hər iki dövlətin bütün əsirləri 4 ayın içərisində azad olunsun.
C.    İran və Rusiya arasında ticarət sazişi imzalansın və Rusiya hər hansı yerə istəsə, İran həmin əraziyə səfirliyin və dövlət nümayəndəsini göndərsin.
D.   Rusiya dövləti, İran şahının ölümündən sonra Abbas Mirzənin vəliəhdliyindən himayə etsin.
E.    Kapitulasion hüququnu Ruslara verilsin.1
Bu müqavilənin mahiyyəti ilə və İrana dəyən ziyanlarla tanış olduq.indi isə bu müqavilənin bağlanmasına səbəb olan amilləri araşdıracayıq.
§ Türkmənçayı Müqaviləsinin imzalanmasına səbəb olan amillər:
böyük İran ölkəsi, tarix boyunca müxtəlif qüvvələrin təhdidinə və hücumuna məruz qalıb.mühüm ölkələrin içərisində Rusiya İranın böyük hissəsini ayırıb və tərkibinə qatıb.
İranın böyük hissəsini ayıran Rusiyanın planlarını "Böyük Pyotr"in vəsiyyətində görmək olar. 1089-cu(şəmsi il)ildə Pyotr, 28 il hakimiyyətdən sonra öz siyasətinin üsulunu "vəsiyyətnamə" şəklində ortaya çıxatmışdı.müxtəlif dövürlərdə Rusların ərazi iddialarını planlaşdırmışdı.bu vəsiyyətnamədə Rusiyanın İrana qarşı olan siyasəti belə təsvir edilmişdir:"... İranın şahdamrı,   Gürcüstan və Qafqaz ərazisidir.Rusiya bu əraziləri ələ keçirsə, İran zəifləyəcək və heç bir zaman güclü dövlət olmayacaqdır.imkan olduğu qədər Qırqızıstanın bozqırlarına, Xivə və Buxaraya tərəf gedin və özünüzü Fars körfəsinə çatdırın."2
Rusiyanın İrana ilk hücumü, 1102(şəmsi)-ci ilin aprel ayında Pyotrin əmri ilə başladı.bu hücuma bəhanəni Mahmud Qilcanı(şah Sultan Hüseyn, İranın şahlığından kənarlaşdırıldıqdan sonra hakimiyyətə gəldi)Ruslara verdi.1100(şəmsi)-ci ildə İranın tabeyində olan Ləzgilər, Rusların əleyhinə üsyan etdilər və onlara ziyan yetirdilər.eyni zamanda İranın tərkibində olan Xivə şəhərinin xanı, Rus karavanının qarət edilməsini əmr etdi. Pyotr, dəyən ziyanlara görə İrana nümayəndə göndərdi.Qilcanı bu nümayəndəyə belə cavab verdi:-" gərk Ruslar özləri, canlarını qorusunlar".bu sərt cavab Rusiyanın hücumuna bir bəhanə oldu.əslində bu hücum Böyük İranın parçalanmasına səbəb oldu.əlbəttə Nadir şahın və Ağa Məhəmməd şahın gəlişi ilə Ruslar bundan artıq ərzi iddialarına nail ola bilmədilər.
1176-cı ildə(şəmsi il) Ağa Məhəmməd şah qətlə yetirildikdən sonra Ruslar Tiflisə hücum etdilər.Gürcüstanın xanını(İran dövlətinə tabe idi), Gərgin xanı, və ailəsini əsir tutdular və bu əyalətin xanı general Sisyanov-Gürcü idi- oldu.Gərgin xan Rusların işgəncəsinə məruz qaldığına görə, 1179-cu ildə Gürcüstan əyalətindən vaz keçdiyinə dair sənd imzaladı.
İran və Rusiya müharibəsindən sonra Rusiya dövləti 1181-ci ildə Gürcüstanı öz tərkibinə qatdı.1182-ci ildə birinci Aleksandr, birinci Poldan sonra hakimiyyətə çatdı.Gürcüstanı işğal etdi, sonra İranın ərazisinə, Qafqaza hücum etmək üçün general Sisyanovu göndərdi.Ruslar birinci mərhələdə Qafqazın qəlbini, Gəncə şəhərini işğal etdilər və beləliklə, Rusiya İranın əleyhinə olan savaşın birinci mərhələsini başladı.bu müharibə 10 il davam etdi.İran əksər hallarda bu müharibənin qalibi idi, amma 1192-ci ildə İran ordusu(Abbas Mirzə) Aslanduz bölgəsində məğlub oldu.İran dövləti ümumxalqın qücünə inanmadı və İngiltərədən yardım istədi.İngiltərə, Rusiya dövləti ilə bərabər Fransanın əleyhinə birləşmişdilər və buna görə, İranın bu təklifi rədd etdi, hətta İrandakı İngiltərənin səfirliyinin, Sergozlinin, əmri bu ölkənin zabitləri İran ordusunu tərk etdilər.beləliklə İran ordusu get-gedə zəiflədi.
Belə bir şəraitdə, 1192-ci ildə(şəmsi) İran dövləti, İngiltərənin təzyiqi altında Gülüstan müqaviləsini imzaldı və bu müqaviləyə əsasən İranın ərazisi Rusiyaya verildi və Mazəndəran gölündə olan İranın hakimiyyətinə xələl gətirdi.
aşağıdakı səbəblərə görə, iki ölkə arasında imzalanan Gülüstan müqaviləsi 14 ildən artıq davam etmədi:
1.    Buna baxmayaraq ki, bu müqavilədə İranın böyük hissəsi Rusiya dövlətinə verilmişdi, ancaq bu ərazi böyük Pyotri qane etmird.
2.    Bu müqavilə, işğal olunmuş ərazilərdə yaşayan xalqın və bütün İran xalqının mənliyinə toxunduğuna görə İran dövləti xalqın, xüsusilə ruhanilərin təzyiqi altında olduğu üçün çalışırdı ki, bu müqaviləni ləğv etsin.
3.    Gülüstan sazişi imzalanan zaman Ruslar, qəsdən Talış zonasının sərhədini məlum etmədilər və İngiltərə vasitəçi olduğu üçün bu məsələ ilə razılaşdı.ancaq hər zaman bu məsələ atəşbəsin pozulmasına səbəb ola bilərdi.
ikinci İran-Rus müharibəsi başlanmadan öncə İran dövləti, Talış məsələsini həll etmək üçün diplomatik işlər gördü, ancaq Rusların sədaqəti olmadan bu diplomatik işlərin təsiri olmadı.1205-ci ilin(şəmsi)tir ayının 4-də İran ordusu işğal olunmuş əraziləri, o cümlədən Lənkəran və Talış zonalarını azad etdi və eyni zamanda Gülüstan müqaviləsinə zidd olaraq Ruslar tərəfindən işğal edilimiş Balığlı və Gög çay zonaları da azad etdi.Gəncə xalqı Rusların əleyhinə qiyam edərək, Gəncə şəhərini azad etdilər.həmçinin Dağıstan və Gürcüstan üç həftənin içərisində azad oldular və böyük İran ölkəsinə qovuşdular.
İran dövləti, qəhrəman xalqın sayəsində və Ruhanilərin fitavlarının nəticəsində işğal edilmiş əraziləri azad etdi.ancq, İran dövlərti, xalqın gücünə güvənmək əvəzinə çalışırdı ki, Ruslarla əlaqə yaratsın və buna görə də Rusiyaya bir nümayəndə göndərdi, ancaq Rus dövləti İran nümayəndəsinə giriş icazəsi vermədi.İran dövləti, Avstriya və Polşa dövlətlərini vasitə saldı, ancaq bir nəticə hasil olmadı.
bir müddət sonra Rusiya ordusu 50 min nəfərlə İranın Qafqaz ərazisinə hücum etdi.İran ordusu mühüm mövqelərin, o cümlədən Şüşə qalasının nəzarətində ləngidiyi üçün(Şüşə qalası Qafqazda mühüm nizami qaladır) Ruslar, Gəncəni və Dərbəndi işğal etdilər.ondan sonra Rus ordusu 5.000 nəfər ordu ilə Təbrizə hücum etdi.amma birinci toqquşmada xalqın müqaviməti ilə üzləşdi və 1206-cı ilin(şəmsi)qış ayında Arazın şimalinə geri qayıtmağa məcbur oldular.1206-cı ilin əvvəllərində Rus ordusu İrəvanı işğal etdi və ondan sonra 1206-cı ildə Abbas Mirzə-İranın vəliəhdi-25 min nəfərlik ordu ilə Naxçıvanın ətrafında Rus ordusunu məğlub etdi.ancaq İran ordusu bu böyük qalibiyyətdən yaxşı faydalanmadı və Rus ordusunu tam şəkildə darmadğın etmədi.
Ruslar bu məğlubiyyətdən sonra 1206-cı ildə 8 gün müharibədən sonra İrəvanı işğal etdilər.İrəvanın işğalından sonra 1206-cı ildə Təbrizin dindarlarından olan Mir Fəttahın xəyanəti nəticəsində Ruslar şəhərə daxil oldular.belə bir şəraitdə, Abbas Mirzə öz nümayəndəsini Paskovicin, Qafqazda Rus ordusunun başçısı, yanına göndərdi və Ruslar bu fürsəti əldən vermədilər.Ruslar, Təbriz şəhərini tərk etmək üçün İran dövlətindən Arazın şimalindəki bütün əraziləri və 15kur təzminat istədilər.Ruslar Təbrizin ab-havasına yaxşı bəldidilər və bilirdilər ki, uzun müddət Təbrizdə qala bilməzlər və əhali onların əleyhinə qiyam etdikləri aydın idi.Ruslar, təbrizi fəth etmək üçün çoxlu planlar hazırladılar, ancaq Təbrizin mübariz əhalisi, Rusiyanın bütün planlarını məhv etdilər.belə bir şəraitdə, Fətəli şah öz səltənətini təhlükə gördüyü üçün Abbas Mirzədən xəbərsiz ordu təşkil etdi və 1206-cı ildə Qəzvinə yürüş etdi.Gülüstan müqaviləsinin imzalanmasında böyük rolu olan İngiltərə dövləti, vasitəçiliyə başladı, Fətəli şahla Rusların qarşılanmasınına mane oldu.ehtimal edilirdi ki, İran ordusu qalib gəlsin.İngiltərə hiylə ilə və hətta Fətəli şahın ətrafındakı şəxslərin təhdidi nəticəsində Fətəli şahın ordusunu dağıtd.bununla, İran-Rus arasında müqavilənin imzalanmasına şərait yarandı.İngiltərə buna görə İranın zəifləməsini istəyirdi ki, Hindistanda(İngiltərənin işğalındaydı)bu dövlətə qarşı rəqib ölkənin yaranmasından qorxurdu və həmçinin İran dövləti, Rus dövlətinə məğlub olduqdan sonra İngiltərəyə meyl edəcəkdir.
Belə bir şəraitdə Abbas Mirzənin, müharibəyə marağı yox idi və Rus dövləti ordusunu Təbrizə göndərdi və 1206-cı ildə İngiltərənin vasitəçiliyi ilə Türkmənçay kəndində-Marağa yaxınlığında yerləşir- İran-Rus arasında saziş imzalandı.3
Müxtəlif tarixçilər, "Gülüstan" və "Türkmənçay"müqavilələrinin imzalanmasına səbəb olan amilləri belə izah edir:
1.    Qacar zamanında, xüsusi ilə Fətəli şah dövründə Xalq və dövlət arasında olan güvənsizlik.
2.    Dövlət, Xalqın gücünə güvenmək əvəzinə xarici dövlətlərə inanması
3.    Böyük Ruhanilərin fitvasından və xalqın dini əqidələrindən faydalanmaması, xüsusi ilə ikinci İran-Rus müharibəsində həmin xalqın və ruhanilərin böyük rolu olmuşdur.
4.    İran dövləti, cəbhəyə lazım olan qüvvələri göndərməməsi
5.    Fətəli şahın xüsusi xarakteri(dünya malına hərisliyi, pozğunluğu və ...)ölkənin idarə etməsinə əngəl törətmişdir.
6.    Fətəli şahın uşaqlarının arasında olan gərgin rəqabət və sarayın nizamsız vəziyyəti
7.    Padşah və vəliəhd arasında birliyin olmaması
8.    İran hakimiyyətində xarici qüvvələrin, xüsusən İngiltərənin nüfuzu
9.    Müqavilə zamanında İranın gərgin vəziyyəti və Rus ordusu Təbrizə qədər irəli gəlməsi və əhalinin qarət edilməsi
Bu müqavilənin imzalanmasında üç səbəb mühüm sayılır:1)İran nümayəndələrinin narazılığı və Təbrizin işğalına qarşı çıxmaları.2)Ruslar, Araz çayını sərhəd təyin etmələri 3) İngiltərə öz mənafeyinə uyğun olaraq İran nümayəndələrini çaşdırması.
§ "Türkmənçay" müqaviləsindən sonrakı hadisələr:
1828-ci ildə"Türkmənçay"müqaviləsi imzalandıqdan sonra İranın hakimiyyətində olan ərazi, Rusiya dövlətinə verildi.Qafqazın müsəlman xalqı bu məsələdən narazı idilər.İranın daxili şəraiti və dövlətin zəif olması səbəb oldu ki, burada yaşayan xalq, Osmanlı imperatorluğuna meyl göstərsinlər.20-ci əsrin əvvəllərində Osmanlı imperatorluğunda iki idea "İslam birliyi" və "Türk birliyi"ortaya çıxdı.Osmanlı dövləti, Türkdili dövlətdir və İslam dünyasına rəhbərlik iddiası var idi.buna görə də, iki ideanı birləşdirdi, Qafqazın İran mənşəli xalqları(din və dil baxımından Osmanlı dövlətinə çox yaxındılar)Ruslardan narazı olduqlarına görə, bu dövlətə meyl etdilər.bu narzılığa bir nümunə olaraq Dağıstanı qeyd edə bilərik.belə ki, Dağıstanın əhalisi Şeyx Şamilin rəhbərliyi altında Rusların əleyhinə on il qiyam etdilər və nəticədə Rus ordusu onları darmadağın etdi.bu üsyan məzhəbi olduğuna görə, sonrakı üsyanlar da siyasi-dini nöqteyi-nəzərdən idi.xatırlatmalıyam ki, bu üsyanlar Osmanlı dövləti tərəfindən himayə edilirdi.4
1911-ci ildə Bakıda"İslam Demokrat və Müsavat"partıyaları təşkil olundu.hər iki partiya dini və siyasi idi.bu partiyanın baniləri, türklərin tərəfindən(Türkiyə dövləti)himayə edilirdilər.o cümlədən, M.Ə.Rəsulzadə, Şərifzadə, Kazimzadə.bu partıyanın əsas məqsədiləri Sovet ensiklopediyasında qeyd edilib: "Bu partiyanın məqsədi Türkiyənin rəhbərliyi altında İslami ölkələri birləşdirmək idi"5 1917-ci ilin Fevral ayında çarların dağılması və ikinci Nikolayın kənarlaşması ilə " Demokrat Rus Respublikası" təşkil olundu və Müsavat partiyası bu respublikanı rəsmiyyətə tanıdı.1917-ci ildə "İslami və Demokrat Müsavat" və"Türk Federalistlər" partiyaları ortaq qurultay keçirtdilər.bu qurultayın nəticəsində iki partiya birləşərək, yeni partiya" Türk Demokratik Federalist Müsavat"partiyası təşkil olundu.bu partiya həmin iclasdan sonra Aranın müstəqilliyini(Azərbaycan Respublikası)elan etdi.1917-ci ilin inqilabından sonra Ruslar dünya müharibəsindən imtina etdilər və bununla da türklərin nüfuzu Qafqazda çoxaldı.əvvəllərdə "Müsavat"partiyası Qafqaz bolşeviklərinə meyl göstərmişdir, ancaq bir sıra problemlərə görə onlardan uzaqlaşdı və 1918-ci ilin may ayının 27-də "Azərbaycan Respublikası"müstəqilliyini elan etdi və bu dövlət həmin ilin iyun ayına kimi Gəncədə yerləşdi və 1918-ci ilin sentyabr ayının 15-də Türk ordusu, Nuru Paşanın başçılığı ilə Bakını işğal etdi."Müsavat"partiyası Türklərin himayəsində olduğuna görə Bakı şəhərində yerləşdilər.bu haqqda 1954-cü ildə nəşr olunmuş Sovetin kiçik ensiklopediyasında yazılıb: "Müsavatçılar Türklərin əmri altındaydılar və pan-türkisti bir dövlət idi"6
əlbəttə Azərbaycan respublikasındakı müvəqqəti hökumətin dağılmasında Stalinin rolu var idi.onun adı Josif (Yusif) Vissarionovoç Cuqaşvili idi.1922-ci ildə "Kommunist Partiyasının baş katibi"oldu.Vladimir İliç(Leninin)ölümündən sonra Stalin 20-ci illərdə Leon Terotski(Çex rəhbərinə)qalib gəldi və partiyanın rəhbərliyini ələ keçirtdi.Stalin hakimiyyət uğurunda mübarizə etdiyi üçün və rəqibinə, Terotskiyə, qalib gəlmək məqsədilə istiqlaliyyətçilərə meydan yaratdı. Stalinin M.Ə.Rəsulzadə ilə dostluq etməsi Azərbaycan dövlətinin təşkilində böyük rolu var idi.bunula belə, Stalin öz rəqiblərinə qalib gəldikdən sonra Qızıl ordunun vasitəsilə Azərbaycanın müvəqqəti hökumətinini darmadağın etdi.o, 1920-ci ildən 1923-cü ilə kimi hərbi şuranın mühüm üzvlərindən biri sayılırdı.Azərbaycanda müvəqqəti dövlətinin təşkil olması səbəb oldu ki, "Türkmənçay"müqaviləsinin mahiyyəti və bütöv məntəqənin tarixi təhrif edilsin.bu məqalənin davamında bu məsələni araşdıracayıq.
§ "Türkmənçay"müqaviləsindən sonra baş vermiş təhriflər:
1.    "Türkmənçay"müqaviləsi imzalandıqdan sonra Aran(Albaniya)adlanan ərazidə, Azərbaycan Respublikası təşkil olundu və belə təbliğat yayırlar ki, Arazın şimal və cənub bölgəsi Azərbaycan ərazisi idi və bu müqavilədən sonra iki ölkə arasında(İran və Rusiya)bölündü.
2.    İran bu müqavilədə böyük ərazisini əldən verdi, ancaq təbliğata görə İran, Azərbaycanın cənub hissəsinə sahib olduğu söylənilir.
Bu mühüm tarixi faktın təhrif edilməsində Türkiyənin, Rusiyanın, İngiltərənin böyük rolları olub, həmçinin Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycan respublikası da geniş miqyasda təhriflər edib.
Osmanlı dövlətinin istəyilə Qafqazda Aran və Şirvana Azərbaycan adı seçildi.necə ki, Osmanlı dövləti dəfələrlə İran Azərbaycanına hücum etmişdi, şəhərin darmadağın etsələr də, xalqın müqaviməti ilə üzləşmişdilər və Azərbaycan xalqını özlərinə tabe edə bilməmişdilər.buna görə birinci mərhələdə Qafqazı(Aranı)- xalqın dili və dini, İran Azərbaycanı ilə eynidir-Azərbaycan adıyla birləşdirdilər və ondan sonra hər iki əraziyə sahib olmaq istəyirdilər.bu təhriflərdə İngiltərənin də rolu var.1918-ci ilin oktyabr ayında Bakı şəhərini işğal etmiş Türklər, onların vasitəsilə şəhərdən çıxarıldılar və Azərbaycan dövləti Müsavatçıların vasitəsilə təsis edildi.hətta İngiltərənin işğalından sonra bu dövlət İngiltərə tərəfindən rəsmiyyətə tanıldı.bu mövzu aydın şəkildə göstərir ki, müsavatçılarla İngiltərə arasında imzalanmamış saziş var idi.bu təhriflərdə Sovet hakimiyyətinin də rolu oub, belə ki, Azərbaycanın müvəqqəti hökuməti iki ildən az Aran və Şirvana hakimiyyət etdi və bu dövlət 1920-ci ilin aprel ayının 28-də Qızıl ordunun vasitəsi ilə süquta uğradı və bu hakimiyyətdə olan şəxslərin çoxu edam edildi.bununla belə, yeni dövlət böyük Pyotrin siyasətinə uyğun olaraq və gələcəkdə bu addan istifadə etmək üçün Azərbaycanın adını qorudu. Rusiya, İranı parçalamaq üçün 1324-cü ilin(şəmsi) 21 azər hadisələrini planlaşdırdı.ancaq həmişə olduğu kimi Azərbaycan xalqının və Ruhanilərin müqaviməti ilə üzləşdi və bir iş görə bilmədi.
Bu təhriflərdə əsas rolu olan Azərbaycan dövlətidir.1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan respublikası, BMT təşkilatına üzv oldu.Azərbaycan dövləti xalqına yeni varlıq yaratmaq üçün keçmiş tarixlərinə müraciət etmədi, çünki bütün tarixi, mədəni sahələrdə daima İranı öz yanlarında görüblər və buna görə, özlərinə yeni tarix çıxartdılar və onu yaydılar.bu yeni tarixə əsasən İran işğalçı ölkədir və Rusiyanın yardımı ilə Azərbaycan iki hissəyə ayrıldı.7
"Xalq Cəbhəsi"nin lideri Ə.Elçibəy xalqın milli şurundan istifadə etdi və hakimiyyəti ələ keçirtdi.Azərbaycan prezidenti, aydın şəkildə İranın parçalanmasında və iki Azərbaycan birləşməsindən(Şimali, Cənubi)danışırdı.H.Əliyev hakimiyyətə gəldikdən sonra bu təhrifləri davam etdirdi.misal üçün, H.Əliyev 2001-ci ilin iyun ayının 15-də mətbuat konfransında xarici jurnalistlərə dedi:-"1813 və 1828-ci illərdə İran və Rusiya Azərbaycanı parçaladılar.hərçənd ki, müstəqil Azərbaycan dövləti yox idi."8
H.Əliyevin ölümündən sonra oğlu hakimiyyətə gəldi və bu təhriflərə davam etdi, belə ki, 1384-cü ildə(2005)prezidentin hüzuru ilə dünya Azərbaycanlıların konfransı keçirildi.bu iclasda İranın əleyhinə bir sıra işlər görüldü və Xarici İşlər Nazirliyinin etirazına səbəb oldu.bu konfrans hər il təşkil edilir.İran və Azərbaycanın tarixi təhrif edilir.Azərbaycan respublikasında təhrif edilmiş yazılar bunlardır:
1.    Nəşr olmuş xəritələrdə və atlaslarda İranın şima-qərb ərazisini Azərbaycan respublikasına aid edilməsi, son atlas 1386(2007)-cı ildə nəşr edilib.
2.    Bu ölkənin qəzetlərinin əksəriyyəti Amerikaya və sionistlərə bağlıdır.Amerikadan yardım almaqla pan-türkisti fikirləri yayırlar. İranın şima-qərb mətbuatından bir heyət Bakıya səfər etdi və bu mövzu 1383(2004)-cü ilin tir ayından azər ayına kimi Təbrizin "Misaq"adlı qəzetində nəşr edildi."Yeni Zaman"adlı qəzetin baş redaktoru bəyan etdi ki, Azərbaycanda qəzetlərin çoxu Amerikanın ixtiyarındadır, onlardan maddı yardım alırlar və İranın əleyhinə məqalələr yazırlar.o, vurğuladı ki, Bakıdakı Amerika səfirliyi daima mətbuata nəzarət edir.
3.    Azərbaycanın televiziyası, o cümlədən Aztv, Ans və.... tarixi faktları təhrif edir.
4.    Bu tarixi təhriflər məktəb və universitet dərsliklərində də qeyd edilib.
5.    Hər il çoxlu miqdar tarix kitabları nəşr olunur və bu təhriflər qeyd edilir.
6.    İranlı şəxsiyyətlərin Azərbaycanlaşdırılması, o cümlədən Nizami Gəncəvi, Xəqani Şirvani, Tusi, Şah İsmayıl Xətai, Şəhriyar və sa.
7.    Fars mənşəli adların dəyişdirilməsi, o cümlədən "Baku, Badkubə, Badkub"adları"Bakı" adına çevrilməsi və "Abşuran"adı"Abşeron" olması, Talış adının ləğv edilməsi və sa.
8.    İranın qədim adət və ənənələrindən biri olan "Novruz"bayramı, Azərbaycan respublikasında da qeyd edilir.yazıçılar, tədqiqatçılar bu adətlərin mənşəyini təhrif edirlər.
bu işlərdən əlavə bü gün Azərbaycan respulikası, İran Azərbaycanlılarının arasında pan-türkism fikirlərini yaymağa çalışır.bu haqqda Azərbaycanlıların dövləti komitəsi, xarici ölkələrdə çalışır. Separatizm təşkilatlar, o cümlədən vahid Azərbaycan , Cənubi Azərbaycanın azadlıq cəbhəsi, dünya Azərbaycanlıların konqresi və ...Azərbaycan respublikasındakı bəzi partiyaların himayəsi və məntəqənin tarixi təhrifinə arxalanaraq, xarici qüvvələrin məqsədinə uyğun olaraq, məntəqənin xəritəsini dəyişmək istəyirlər.Amerikanın maddi yardımı danılmaz bir faktdır və 1997-ci ildə dünya Azərbaycanlıların konqresi Amerikanın Losancilesdə təşkil olundu. bu konqres son zamanlar Sionist rejimində də fəaliyyətə başlayıb.
§ İran və Azərbaycan tarixində olan həqiqətlər
Qeyd etdiyimiz kimi Azərbaycanda müxtəlif təhriflər olunur və ölkə daxilində bir sıra şəxslər siyasi cəhətdən və ya şəxsi mənafelərinə uyğun olaraq bu təhrifləri təsdiqləyirlər.bu təhriflərin iki səbəbi var:1)1918-ci ildən sonra, İran Azərbaycanından Azərbaycan adının alınması(Arazın cənubi) və Arazın şimalindəki ərazi Azərbaycan adlanması, halbuki, bu ərazilər Aran(albaniya)adlanmışdır. 2)İranın bir hissəsi Qafqaz olduğunu inkar etmək və bu ərazilərdə feodal dövlətlərin olduğu iddia edilir.
§ İranın şimal-qərbinə(Arazın Cənubi) Azərbaycan adının verilməsi:
Mötəbər tarixi sənədlərdə qeyd edilib ki, Arazın şimali Albaniyaya aid idi və Arazın cənub hissəsi Azərbaycan adlanmışdır.
Strabon yazıb:-"Albaniya ölkəsi, Qafqazın sıra dağlarından başlayaraq Kür çayına qədər və Xəzər dənizindən Alazan çayına kimi uzanıb və cənubdan Atropaten ölkəsi ilə qonşudur."9
Bu yazılardan məlum olur ki, Qafqaz Albaniyası Azərbayqan(Azərbaycan)deyildi və bu ərazilər bir olmamışdır.Qafqaz Albaniyası müxtəlif mənbələrdə müxtəlif formalarda yazılıb.Yuna və Bizans mənbələrində Albaniya, Erməni mənbələrdə Ağvan və Alran, Müsəlman mənbələrində Əlran və Aran qeyd edilib.Estəxri(vəfati 346 h)3 və 4-cü əsrin səyyahı, Azərbaycan və Aran adlarını ayrı-ayrı qeyd edib və "Əlməsalik və Əlməmalik"adlı əsərində "Ərməniyə, Aran və Azərbican"şəklində qeyd edib.o, başqa tarixçilər və coğrafiyaçılar kimi, o cümlədən İbn-i Hoqul, İbni-i Fəqih və Məqdəsi Azərabycanı Arandan ayrı olduğunu qeyd edib və Aran şəhərlərini belə qeyd edib:"Beyləqan, Vərsan, Bərdic, Bərzinc, Şirvan, abxaz, Şabran, Qəbələ, Şəki, Gəncə, Şəmkura"10
7-ci əsrdə yaşayan Yaqut Həməvi, "Monəcim-ul-Bələdan"adlı kitabında Aran haqqında yazıb:-"Aran adı İran mənşəlidir, geniş ərazisi və çoxlu şəhərləri, o cümlədən Cənzə şəhəri var.bu həmin Gəncədir.Bərdə, Şəmkir və Beyləqan(Aranın başqa şəhərləri).Azərbaycan və Aran arasından Araz çayı axır, bu çayın qərb və şimalində Aran, cənubunda isə Azərbaycan yerləşir."11
Rus alimi Bartold, bir müddət siyasətlə məşğul olaraq Rusiyanın xarici işlər nazirliyində çalışıb.o, bu haqqda aydın şəkildə bəyan edib ki,Qafqaz Azərbaycanının adı inqilbdan sonra(1917-ci ildən sonra)istifadə edilib.həmçinin Azərbaycan adının qoyulması haqqında yazıb:-"Azərbaycan adı Azərbaycan respublikasına ona görə verildi ki, Azərbaycan respublikasını bərpa etməklə İran Azərbaycanı ilə Azərbaycan birləşəcəkdir."12
Düzgün tarixi sənədlərdən əlavə məntiqi səbəblər də mövcuddur, bunlar göstərir ki, M.Ə.Rəsulzadədən öncə(1918)yalnız Arazın cənubi hissəsinə Azərbaycan deyilirdi.
1.    Qeyd etdiyimiz kimi"Gülüstan"və "Türkmənçay"müqavilələrində Arazın şimalində yerləşən İranın əraziləri Azərbaycan adı ilə qeyd olunmayıb, "Türkmənçay"müqaviləsinə əsasən edilən iddialara görə (Azərbaycanın iki yerə parçalanması)bu ad Azərbaycan qeyd olunmalı idi, halbuki, bu müqavilədə Azərbaycan adı qeyd olunmayıb.
2.    Sovet ensiklopediyasının birinci cilddində şimali Azərbaycan adlanan ərazinin sahəsi 86.600 km2 dır.həmin səhifədə İran Azərbaycanının sahəsi 100.000km2-dan çox qeyd olunub. Mübahisəli yer buradadır ki, Arazın şimali Azərbaycan adlansaydı, 19-cu əsrin sonlarında çar dövründə nəşr edilmiş bu ensiklopediyada Azərbaycanın bütöv sahəsi 186.600km2 yazılmalı idi, halbuki, Azərbaycanın sahəsi 104.840km2 qeyd edilib.13
§ Arazın şimalindəki(Qafqaz)ərazilərin İranlı olduğunu isbat edilməsi:
"Gülüstan və Türkmənçay"müqavilələrinə əsasən böyük İranın bir çox ərazisi İrandan ayrıldı və bu ərazilərin İranlı olması danılmaz bir faktdır.
Əbu Abdullah Bəşari Məqdəsi, 4-cü(h)əsrin ikinci yarısında"Əhsən-ul-Təqasim fi mərəfəl Əqlim"adlı kitabında böyük İranı 8 qitəyə bölüb və bu qitələrin birini belə təsvir edir:-"Aran ölkəsi adaya bənzər bir ərazidir, Xəzər dənizinin(Mazəndəran) ortasında, Araz və kur çayları Aranın uzunluğunu kəsir.onun mərkəzi Bərdədir və mühüm şəhərləri Tiflis, Qala, Xitan, Şəmkur, Cənzə, Bərdic, Şamaxı, Şirvan, Badkuyə, Şabran, Dərbənd, Qəbələ, Şəki və Məlaz Gərd(Bəlaş Kürt)".14
Göründüyü kimi bu alimin yazdığı şəhərlərin əksəriyyəti 1813-cü əsrdə"Gülüstan"müqaviləsinə əsasən İrandan ayrıldılar.bunlardan başqa bu faktı(ərazinin İranlı olmasını), mötəbər tarixi sənədlər də təsdiqləyə bilər.
1.    "Türkmənçay"və "Gülüstan"müqavilələrinin mövcudluğu sübut edir ki, İranın bir çox ərazisi Rusiya dövlətinə verilib. çar Rusiya 19-cu əsrdə güclü imperatorlarla, o cümlədən Fransaya qalib gəldi və əgər bu ərazilər İranın olmasaydı, Rusiya bu əraziləri(İranın ərazisini)əl keçirmək üçün neçə illər İranla müharibə etməzdi və nəhayət zəifləmiş İran dövləti(Qacar) ilə saziş imzalamazdı?bu bir daha sübut edir ki, beynəlxalq ölkələr bu əraziləri İranın ərazisi kimi qəbul etmişdilər.
2.    iki əsr Arazın şimali ərazisi(Qafqaz) İrandan ayrılmasına baxmayaraq, bu ərazilərə hakimlərin və xanların seçilməsi haqqında imzalanan sənədlər indiyə kimi İranda mövcuddur.bu sənədlər göstərir ki, bu ərazilər İranın ərazisi olmuşdur.
3.    1919-cu ilin Aprel ayının 30-da Naxçıvanın bütün əhalisi, İranın konsuluğuna toplaşaraq, İrana birləşmək üçün "İran dövləti yaşasın"şüarlarını səsləndirdilər, bu mitinq bir neçə gün davam etdi.Naxçıvanın əhalisi, məhəlli hakimlər, məhəlli ordunun başçısı, 12 ədəd teleqraf İran şahına, xarici səfirliklərə, Amerika prezidentinə və sa. göndərdilər və İrana birləşmələri istəmişdilər və hər yerdə İranlı və müsəlman olduqlarını qeyd etmişdilər və 92 il zorla İrandan ayrıldıqlarını söyləmişdilər.bundan başqa 1919-cu ilin noyabr ayının 1-də Azərbaycandan(Arandan)bir heyət "Vərşay Sülh"adlı konfransda iştirak etmişdilər və bu konfransın kənarında İran dövləti ilə çoxlu müzakirələr etdilər.onlar İran nümayəndələrinə demişdilər:-"bizim məqsədimiz budur ki, Azərbaycanın daxili müstəqilliyi olmalı, daxili orqanları, qanunverici və başqa orqanlara sahib olmalıdır.xarici məsələlərdə, o cümlədən ordu, telefon, teleqraf, poçt və sa.İranla ortaq olmalıdır."
İranın xarici işlər naziri Nüsrətüdövlə, bu layihəni "Parisin Sülh"əncümənində müzakirə edilməsi üçün İngiltərənin xarici işlər nazirliyinə göndərdi. Vüsqqüdövlə İran-Azərbaycan konfedarasiyasının təşkili üçün Tehranda İngiltərəni razı salmağa çalışırdı, ancaq Kakas, 1920-ci ilin yanvar ayında Tehrandan İngiltərənin xarici işlər nazirliyinə teleqraf göndərdi və Vüsqqüdövlə tərəfindən yazdı:-"Azərbaycanın İranla birləşməsi səbəb olcaq ki, Türkiyənin himayəsi nəticəsində ortaya çıxmış Pan-turanist ideası sona çatsın.Xəzər dənizinin cənubi sahilləri İran və İngiltərənin istəyinə uyğun kontrol olunacaqdır".bu teleqramdan sonra İngiltərə İranla Azərbaycanın(Aran) birləşməsinə maneçilik törətdi. İngiltərə qorxurdu ki, Əfqanistan, Mokran və Bəlucistan da Aran xalqı kimi İrana birləşsin.bu hadisələr və 1989-cu ildə Sovet hakimiyyətindəki xalqlar İrana birləşmə istəkləri, danılmaz bir faktdır.bunlar İranın Qafqaza olan hakimiyyətini sübut edir.
4)Azərbaycanın müxtəlif ərazilərində, o cümlədən Gəncə və ... İranın parlaq mədəniyyətinin izləri-bu izləri məhv etmək üçün çox çalışırlar-və farsdilli şairlər, o cümlədən Nizami və...İran mədəniyyətinə bağlı olmasına bir sübutdur.bu faktı Sasanilər dövrünə aid tapılmış çoxlu əsərlər təsdiqləyir.Azərbaycan respublikasının tədqiqatçı Qudrət İsmayılzadə, "Azərbaycanın mədəniyyətinə Sasanilərin təsiri" adlı məqaləsində İran mədəniyyətinə toxunur:"-İran qəni tarixə və qədim mədəniyyətə malikdir, qonşu ərazilərin tarixilə, xüsusən Orta Asiya və Qafqazın tarixi ilə sıx bağlıdır.Sasanilər dövründə bu əlaqə daha sıx görünür.bu sıx əlaqəni1972-ci ildə Azərbaycanın Füzuli rayonunda tapılmış qəbir daşlarda görmək olar.hər bir qəbir daş sasanilərin mədəniyyətini özündə əks etdirir."15
§ Nəticə:
A.    İran dövlətinin narazılığı nəticəsində və Rus dövlətinin təzyiqi altında"Türkmənçay"müqaviləsi imzalandı. tərəflərin razılığı olmasa, istər daxili və istərsə beynəlxalq səviyədə imzalanmış hər hansı bir müqavilə, beynəlxalq hüquqlara görə etibarsızdır.necə ki, beynəlxalq hüquqlara əsasən müqavilənin beynəlxalq səviyədə icra edilməsi üçün ölkənin daxilində həmin müqavilə təsdiqlənməlidir və əksər hallarda ölkənin qanunverici orqanları bu işi görürlər.hər ölkənin qanununa uyğun olaraq, qanunverici orqanının yoxluğunda ədlliyə orqanı bu işi görməlidir.bilirik ki, bu müqavilə İranın heç bir qanunverici orqanında təsdiqlənmədi.əgər İran-Rus arasında imzalanmış müqavilədə iştirak etmiş şəxsləri icraedici orqanının müavini nəzərdə alsaq, təziyq altında olmaları aydın şəkildə görünür.başqa bir tərəfdən Şiə Ruhanilər, yalnız ədlliyəyə nazirliyinə nəzarət edirdilər və bu müqavilənin imzalanmasına qarşı idilər və hətta Rus ordusunun əleyhinə fitvalar da vermişdilər.
Bu izahlarla müqavilənin sağlam olmamasına dair heç bir şübhə yoxdur.əlbəttə, bu mövzu hüquqi məsələlərə görə qeyd edildi və yazıçı buna inanır ki, düzgün siyasi tədbirlərlə İranın şimali Qafqazdakı ölkələrlərə sıx əlaqələrin bərpasına bir atdım götürülsün.
B.    Türkmənçay müqaviləsi çoxlu həqiqətləri özündə əks etdirir.Arazın o tayında olan ölkələrin(Qafqaz) İranlı olmasına yaxşı bir sübut Türkmənçay müqaviləsidir.Azərbaycan respublikası bu həqiqətin inkarına çalışır.bu müqavilə İran-Rusiya müharibəsi zamanı ortaya çıxdı.əgər bu müharibəni İran-İraq arasında olan müharibə ilə müqayisə etsək və onun nəticəsini araşdırsaq, siyasi hakimiyyətin növü və ölkənin ərazi bütövlüyünün qorunmasında dövlətin təsirini aydın şəkildə görə bilərik.bu tədqiqat ölkənin daxilində və Azərbaycan respublikasının xalqı üçün(Bu gün bu ölkənin bir hissəsi Ermənistan tərəfindən işğal edilib)faydalı ola bilər.
C.    Bu məqalədə "Türkmənçay"müqaviləsinin həqiqi varlığını, bunun əsasında dəymiş ziyanları və təhrif edilmiş həqiqətləri araşdırdıq.Azərbaycan tarixində təhrif edilmiş həqiqətlər qeyd olundu.ümid edirik ki, bu növ çalışmaların sayəsində Azərbaycanın mədəniyyətini və dilini sevən bəzi şəxslər, xaricdəki separatist orqanlarla əlbir olublar, onlar öz səhvlərini başa düşsünlər və Azərbaycanın əksər əhalisi kimi İslami İranın mədəniyyətindən, tarixindən, varlığından (əlbəttə Azərbaycan İranın ayrılmaz bir hissəsidir)müdafiə etsinlər.əlbəttə Azərbaycan xalqının dilini və mədəniyyətini qorumaq vacibdir və bu haqqda İran İslam Respublikasının konstitusiyasında tədbirlər nəzərdə alınıbdır.
Çıxarışlar:
1.    "Türkmənçay"müqaviləsindən götürülüb.
2.     طالع،هوشنگ، چکیده تاریخ تجزیه ایران،چ 1،تهران،سمرقند،1380ص1
3.    Həmin mənbə,səh2-dən 26-ya kimi
4.     رضا،عنایت الله ،آذربایجان و اران ،چ 1ویرایش سوم،تهران،هزارکرمان،1385،ص220
5.    Həmin mənbə, səh 22 (bu mənbəyə əsasən Bolshaia sovetskai Entsiklopediia Tretei izdanie Tom 17 –Moskva-   izdatelsvo Sovetskaia Entsiklopediia-1987-str-128-129
6 .رضا،عنایت الله ،آذربایجان و اران ،چ 1ویرایش سوم،تهران،هزارکرمان،1385،ص 222
7.امیراحمدیان ،بهرام ،روابط ایران و جمهوری و آذربایجان ،چ1،تهران ،انتشارات وزارت امور خارجه،1384،ص415
8. دیدگاههای حیدر علی اف نسبت به ج.ا.ا ؛فرهاد بیات ؛سفارت ج.ا.ا در باکو ؛1383
9.رضا،عنایت الله ،آذربایجان و اران ،چ 1ویرایش سوم،تهران،هزارکرمان،1385،ص44
10.اصطخری،ابواسحاق ابو ابراهیم ،ترجمه فارسی المسالک و الممالک از قرن 6-5هجری ؛به کوشش ایرج افشار ،بنگاه ترجمه و نشر کتاب ،تهران 1347،ص158
11.حموی،یاقوت ،معجم البلدان ،لایپزیک ،1866م ،ص183.
12. رضا،عنایت الله ،آذربایجان و اران ،چ 1ویرایش سوم،تهران،هزارکرمان،1385ص224
13.Həmin mənbə, səh 63-67
14. Həmin mənbə, səh 51
15. وزارت امور خارجه، «مقالات سمینار بین المللی جهان ایرانی و توران»، (۲۵ و ۲۶ بهمن ماه ۱۳۷۹) مقاله قدرت اسماعیل زاده استاد دانشگاه دولتی باکو، (عنصر هنر ساسانی در فرهنگ مادی آذربایجان)، ص ۴
 
 
 
                     
 
  • Yazılıb
  • da (də) 2008 Aug 04