Tarix : 2022 Nov 14
Kod 63082

Ərdəbil nümayəndəsindən İlham Əliyevə tutarlı cavab

İran İslam Şurası Məclisinin sədr müavini və Ərdəbilin nümayəndəsi- Əli Nikzad Azərbaycan Respublikası prezidentinin son sözlərinə cavab olaraq, deyib: Nəvə babasını inkar edə bilməz. Buna görə, Azərbaycan Respublikası prezidentinin sözləri əsassızdır.

Arannews : Xudabəndə nümayəndəsi Seyid Əlborz Hüseyni də məclisin açıq iclasında İran Xarici İşlər Nazirliyinə xitabən deyib: Azərbaycan Respublikası prezidenti tüksakinli ölkələr barədə fikir bildirib. Təklif edirəm ki, o, Gülüstan əhdnaməsini oxusun və anlasın ki, hara, haradan ayrılıb! Buna görə, qonşu ölkələrin ərazi bütövlükləri barədə fikir bildirmələr Azərbaycan Respublikası prezidentinə yaraşmaz!

Azərbaycan Respublikası prezidentinin fikri qeyri-realdır. Əgər Gülüstan əhdnaməsi icra olunmasaydı, Azərbaycan Respublikası İranın tərkib hissəsi idi və o, bu ölkənin prezidentliyinə çata bilməzdi. Buna görə, İran Xarici İşlər Nazirliyi və İran İslam Şurası Məclisi bu kimi fikir bildirmələrə reaksiyia göstərməlidirlər, zira regionun keçmişdəkindən daha çox,/ asayişə ehtiyacı var.

  • Yazılıb
  • da (də) 2022 Nov 14
  • Göndərən جهان کمالی