Tarix : 2022 Nov 15
Kod 63083

Azərbaycanın əsl qərar vericiləri kimlərdir?

Azərbaycan Respublikasını idarə edən cərəyan və məsələlərin təhlilinə gəlincə, bu ölkə hökumətinin rolu ciddi qəbul edilməməlidir. Çünki zahirdə göstərilənin əksinə olaraq, kölgə hökumətləri bu İslam ölkəsinin strateji məsələlərində əsas qərar vericilərdir.
Arannews : Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İran və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafı üçün çox yaxşı imkan yarandı və bu, illərlə davam etdi, lakin bu ölkədə qərb ünsürlərinin təsirinin və fitnəsinin başlaması ilə bu bölgədə iki şiə xalqının münasibətlərinin düşmənləri Bakı siyasətçilərini yavaş-yavaş İrana qarşı bədbinləşdirə bildilər, iş o yerə çatdı ki, hətta İranın hərbi təlim, hərbi və qeyri-hərbi yardım ləvazimatlarının göndərilməsi kimi tərəddüdsüz yardımlarının davam etməsinə mane oldular, həmçinin, birbaşa artilleriya atəşi ilə Zəngilan əhalisinin xilas edilməsi, işğal olunmuş ərazilərin müharibə qaçqınları üçün düşərgə salınması kimi təsirli tədbirləri də nəzərə alınmadı.
Bakı dövlət siyasətçiləri hər gün bir bəhanə ilə Qarabağ müharibəsində Azərbaycan xalqına və əsgərlərinə kömək etməyə canları və ürəkləri ilə tələsən iranlı müşavir və əsgərlərin ürək ağrısı və ümidsizliklə Azərbaycanı tərk etmələrinə səbəb oldular. Amma bu qardaşlıq heç vaxt unudulmadı və iranlıların qucağı Azərbaycanın şiə xalqının üzünə açıq qaldı. Bu ölkə xalqının İrana rahat gediş-gəlişi istiqamətində maksimum əməkdaşlıq aparıldı.
Zaman ötməklə bu ölkədə, kölgə hökumətləri xüsusilə İngiltərənin (enerji və siyasətin kölgə hökuməti olaraq BP kimi şirkətlər vasitəsilə), sionist rejimin (Amerika tərəfindən təhlükəsizlik və hərbi kölgə hökuməti kimi) və Türkiyənin (mədəniyyət akademiyaları və mediası olaraq mədəni kölgə hökuməti kimi) Azərbaycan Respublikasının idarəçiliiyini bu ölkə hökumətinin əlindən aldı və bu ölkənin prezidenti faktiki olaraq təsir etmiş kölgə hökumətinin tədbirlərini elan etmək üçün tribunaya çevrildi; İran və Azərbaycan xalqları arasında parçalanma atəşini daim alovlandıran tədbirlərin trubunası oldu.
Həmin kölgə hökumətləri birinci Qarabağ müharibəsindən sonra Azərbaycan ordusunun həm statistika, həm də təchizat baxımından üstün mövqedə olmasına baxmayaraq, bu ölkə hökumətinə işğal olunmuş torpaqları geri almaq üçün ciddi səylər göstərməyə imkan verdilər. Nəhayət, ikinci müharibənin başlaması və Azərbaycan müsəlman övladlarının güclü hərbi irəliləməsi ilə yenə də Dağlıq Qarabağın azad edilməsinə icazə verilmədi. Bu ölkənin ordusu Şuşa azad ediləndən sonra Xankəndiyə baxan divarların yanında dayandırıldı! Bu elə bir vəziyyətdə idi ki, hətta cihazdan istifadə etmədən adi gözlə də oradakı sakinləri və əsgərləri görə bilirdilər və müsəlman dünyasının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneni həmin günlərdə “Azərbaycanın bütün torpaqları azad edilməlidir” fərmanını elan etmişdi. Amma kölgə hökumətlərinin mənfəəti Dağlıq Qarabağın azad olunmasında deyildi.
İkinci Qarabağ müharibəsində qismən qələbəsindən sonra Dağlıq Qarabağ hələ də Ermənistanın işğalın qaldığı bir halda, bu ölkənin hökuməti adıçəkilən kölgə hökumətlərinin göstərişi ilə (Qərbin maraqlarına uyğun olaraq, Azərbaycanın resurslarının daha asan və hesabatsız istismarı üçün lazım olan enerji ötürücü boruların və dəhlizlərin tikintisi istiqamətində) psixoloji əməliyyatlara və tanınmış beynəlxalq sərhədlərin pozulmasına uyğun olaraq şərqi Zəngəzur kimi qondarma termini bu ölkənin sifarişlə işləyən KİV-lərində rəvac verdi, dəfələrlə tarixi sərhədlərə qayıtmaqdan danışıldı, halbuki, beynəlxalq sərhədlərə məhəl qoymadığı, qonşu dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilmədiyi surətdə, prioritet İranın tarixi sərhədlərinə və ən azı Türkmənçay müqaviləsi dövrünə qayıtmaq olacaq.
Hər bir xalq öz ölkəsinin bütün məsələlərində, xüsusən də siyasi, iqtisadi, mədəni və sosial mövzularında iştirak etməsi danılmaz haqdır. Amma uzun illərdir ki, Azərbaycanda keçirilən sifarişli prezident və parlament seçkiləri bu səlahiyyəti Azərbaycan xalqının əlindən alıb və bu ölkənin məzlum və müsəlman xalqı üçün belə bir imkan təsəvvür olunmur, çox mühüm enerji resurslarına malik bu zəngin ölkə praktiki olaraq bəzi sionist müşavirlər və xarici şirkətlər tərəfindən idarə olunur, bu ölkənin müsəlman və məzlum xalqına isə təzyiq, din və tarixin təhrif edilməsi, torpağını işğal etmək, narkotik və silah gəzdirmək kimi uydurma cinayətlər bəhanəsi ilə həbs edilməkdən başqa bir şey nəsib olmur.
Bu, Azərbaycan Respublikasının dindar xalqının son durumunun real mənzərəsidir. İran İslam Respublikasındakı müxtəlif qurumlar bu faktları dərk edərək siyasət yürütməli, emosional qərarlardan qaçaraq, asılı hökumətlə Azərbaycanın azad xalqı arasında fərq qoymalıdırlar.
Azərbaycan cəmiyyətinin dini əksəriyyətini, şiə dünyasının mərkəzi sayılan İran İslam Respublikasının xalqından və hökumətindən məyus etmək Bakıya hakim olan kölgə hökumətlərin planlaşdırdığı və cidd-cəhdlə həyata keçirmək istədiyi məqsəddir. Bu səbəbdən İran İslam Respublikasındakı müxtəlif sahələr (hökumət, müəssisələr, qeyri-hökumət qurumları və beyin mərkəzləri) öz mövqelərində, təhlillərində və qərar qəbul edərkən son dərəcə diqqətli olmalıdırlar ki, iki İslam ölkəsinin birliyinin düşmənləri Arazın şimalı və cənubunun eyni din və məsləkli sakinləri arasında bundan artıq ayrılıq və parçalanma yarada bilməsinlər.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 15
  • Göndərən جهان کمالی