Tarix : 2022 Nov 15
Kod 63085

Ekstremistlərə tribuna verməklə Bakı odla oynayır – Aktual şərh

Bu günlərdə Azərbaycan Respublikasına hakim kəsilmiş rejim İran məhkəmələri tərəfindən adları axtarışa verilmiş ünsürlərə tribuna verməklə böyük risk etmişdir.

Arannews :SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev son həftələr hökumətin nəzarətində olan medialar və beynəlxalq sionizm cərəyanına bağlı ekspertlər vasitəsilə İranı hədələyərək regionda güc nümayiş etdirmək üçün xeyli səy göstərib. Şübhə yoxdur ki, Əliyev hökumətinin qonşu ölkəyə qarşı tətbiq etdiyi siyasəti əsasən ona başqa dövlətlər diktə edir. Əslində bunu demək lazımdır ki, İrana qarşı nə deyəcəyini və İrana qarşı necə davranacağını xarici dövlətlər Bakı siyasətçiləri üçün təyin edirlər. Aydındır ki, bu arzuolunmaz tendensiya uzun müddət davam edə bilməz. Xarici dövlətlərə güvənmək Azərbaycan Respublikasının milli mənafeyini və müsəlman xalqının maraqlarını təmin etmir.

Görünən odur ki, iqtidar mövcud şəraitdən istifadə edərək öz siyasi hakimiyyətini möhkəmləndirməyə çalışır. İrandan fərari düşən əks-inqilabçıları isə öz yanına almaq Əliyev hökumətinin ciddi səhvi hesab olunur. Zira həmin bu ekstremistlər İranın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadırlar və cinayət məsuliyyətinə cəlb olunublar. Ona görə də onların İrana ekstradisiya edilməsi Bakının başlıca vəzifəsidir, yox əgər həmin qaragüruhçulara tribuna verib sərsəm fikirlərini yaymağa, İranın ərazi bütövlüyünü şübhə altına almağa şərait yaradırsa, rəsmi Tehran buna göz yummayacaqdır.

Şübhəsiz ki, İran xalqının düşməni olan separatçı və ekstremist ünsürlərə qucaq açmaqla Azərbaycan Respublikası hökuməti müsəlman xalqın uzunmüddətli maraqlarına ziyan vurur, həm də bu oyun, Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xələl gətirməklə nəticələnəcək.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani noyabrın 14-də Azərbaycanda İranın əleyhinə cərəyan edən propaqandaya toxunaraq bildirdi ki, heç kim İranın səbrini zəiflik kimi yozmasın. İranın bəzi səhv hesablamalar qarşısında sükutu və ya bəzi düşünülməmiş bəyanatlara qarşılıq verməməsi qətiyyən zəiflik əlaməti deyil, əksinə bu, İranın iqtidar siyasətinin və qüdrətli bir dövlətin qonşularına münasibətdə məsuliyyətli davranışının nəticəsidir. Bu isə o deməkdir ki, İran küləklərlə həyəcana qapılmaz və emosional davranış sərgiləməz.

  • Yazılıb
  • da (də) 2022 Nov 15
  • Göndərən جهان کمالی