Tarix : 2022 Nov 16
Kod 63086

SEPAH İraq Kürdüstanında terrorçuların mövqelərinə zərbələr endirib

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunları bazar ertəsi İraqın Kürdüstan bölgəsindəki terrorçu qrupların mövqelərinə artilleriya və raket hücumlarının yeni mərhələsinə başlayıb.

Arannews :"TƏSNİM" xəbər agentliyinin məlumatına görə, SEPAH-ın Quru Qoşunları altı həftəlik fasilədən sonra Şimali İraqda yerləşən terrorçu və separatçı qrupların mövqelərinə yeni artilleriya və raket zərbələri endirib.

Hücumların birinci mərhələsi sentyabrın 24-də terrorçuların İranın qərbindəki sərhəd şəhərlərində iğtişaşları alovlandırmaq üçün hərəkətlərindən sonra başlayıb.

Oktyabrın 8-də SEPAH-ın Quru Qoşunları bildirib ki, terrorçulara qarşı hərbi hücumlar əvvəlcədən müəyyən edilmiş hədəflərin məhv edilməsindən sonra hələlik dayandırılıb, lakinhücumları dayandırmaq və ya davam etdirmək qərarı İraqın Kürdüstan bölgəsinin hakimiyyət orqanlarının gələcək hərəkətlərindən asılı olacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu vurğulayıb ki, İran dəfələrlə İraq Kürdüstanı rəsmilərinə terrorçu qrupların bölgədəki fəaliyyətləri ilə bağlı xəbərdarlıq edib, lakin onlar bu xəbərdarlıqlara lazımi diqqəti yetirməyib və terrorçuların hərəkətlərinin qarşısını almaq üçün lazımi tədbirləri görməyib.

İran İslam Respublikası Silahlı Qüvvələri ölkənin şimal-qərb sərhədlərində terrorçu qrupların mövcudluğu və fəaliyyətinə heç vaxt dözməyəcəkləri və ən kiçik yaramaz hərəkətlərə sərt və qəti cavab verəcəkləri barədə dəfələrlə xəbərdarlıq edib.

  • Yazılıb
  • da (də) 2022 Nov 16
  • Göndərən جهان کمالی