Tarix : 2022 Nov 16
Kod 63088

Polis Müsavatın İran səfirliyinin qarşısındakı aksiyasını dağıdıb

Aksiyada Arif Hacılı və 30-a yaxın şəxsin saxlanıldığı bildirilir

Arannews :SəhərAzəri-nin məlumatına əsasən, aksiya guya İranda dinc etirazların yatırılmasına, guya bu ölkədəki etnik azərbaycanlıların milli və mədəni hüquqlarının pozulmasına, habelə son zamanlar guya Tehran tərəfindən Azərbaycan Respublikasının suverenliyinə qarşı təhdidlərin artmasına etiraz əlaməti olaraq keçirilirib.

Qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib. Bununla belə, partiya nümayiş keçirmək qərarı qəbul edib.

Bu məlumata əsasən onlarla insan, o cümlədən Müsavat Partiyasının sədri Arif Hacılı, partiyanın mətbuat katibi Mustafa Hacıbəyli və digər şəxslər saxlanılıb. 

Xatırladaq ki, tayfa rejiminin İran əleyhinə qara-piar kampaniyası başlaması fonunda iqtidar və müxalifət bu məsələdə yarışa çıxıblar. 

  • Yazılıb
  • da (də) 2022 Nov 16
  • Göndərən جهان کمالی