Tarix : 2022 Nov 17
Kod 63089

Əmir Abdullahian: "Avropa qeyri-konstruktiv yolu dayandırmalıdır"

İran xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyi MAQATE-nin Direktorlar Şurasının iclasında Avropa tərəfinin anti-İran qətnaməsini təsdiq etmək səylərinə cavab olaraq, deyib: "Avropa qeyri-konstruktiv yolu dayandırmalıdır".

Arannews :ABŞ, nüvə anlaşmasının üç avropalı üzvü yəni Britaniya, Fransa və Almaniya ilə birlikdə İrana qarşı qətnamə layihəsi hazırlayıblar; Hansı ki, deyilənlərə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının iclasında müzakirəyə çıxarılacaq.  

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib: "İran Avropa tərəflərinə lazımi mesajları çatdırıb və bəzi Avropa xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrel ilə müzakirələr aparıb".

O, vurğulayıb: "Əgər avropalılar bu qeyri-konstruktiv yolu dayandırmasalar,, İranın qarşılıqlı və təsirli cavabı ilə üzləşəcəklər". 

İranın xarici işlər naziri milli maraqların İslam Respublikası üçün vacib olduğunu bəyan edərək, sanksiyaları aradan qaldırmaq üçün müzakirə masasında səylərini davam etdirəcəklərini bildirib. 

Əmir Abdullahian qeyd edib ki, amerikalılar nüvə razılaşmasına çatmağa tələsdiklərinə dair mesaj göndərdilər. Lakin ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Malli riyakarcasına müsahibəsində nüvə danışıqlarının ABŞ-ın prioriteti olmadığını və İrandakı iğtişaşları dəstəkləməyə davam etdiyini iddia edir.

  • Yazılıb
  • da (də) 2022 Nov 17
  • Göndərən جهان کمالی