Tarix : 2022 Nov 17
Kod 63090

ABŞ generalı Ermənistana səfər edib

ABŞ-ın Avropa Komandanlığının generalı Ermənistana səfər edib

Arannews :ABŞ Müdafiə Nazirliyinin Avropa Komandanlığının (EUCOM) general-mayoru Daniel Lasica Ermənistana səfər edib.bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Səfirlik Amerikan generalın İrəvana səfərinin məqsədinə toxunmayıb.

ABŞ-ın Avropa Komandanlığının generalının Ermənistana səfəri barədə hələlik rəsmi İrəvan tərəfindən məlumat yayılmayıb. 

ABŞ dövlət katibi Entoni Blinken də dünən Ermənistanın Baş naziri Nikol Paşinyana zəng etmişdi.

  • Yazılıb
  • da (də) 2022 Nov 17
  • Göndərən جهان کمالی