Tarix : 2022 Nov 18
Kod 63092

Zibilliyə çevrilən “Şah Sultan Hüseyn” məscidi

Novxanı qəsəbəsində yerləşən “Şah Sultan Hüseyn” məscidi zibilliyə çevrilib.

Arannews :Baku tv məlumat verir ki,Novxanı qəsəbəsində yerləşən “Şah Sultan Hüseyn” məscidi 18-ci əsrin tarixi memarlıq abidəsidir. Birmərtəbəli, kürsülü inşa edilən məscid 4 otaqdan və geniş həyətdən ibarət olub. Baxımsız vəziyyətdə olduğundan hazırda məscidin yarısı, demək olar ki, uçub.

Sakinlər bildirir ki, kənd bələdiyyəsi tərəfindən toplanan heyvan leşi və digər tullantılar buraya atılır.

Mövcud məsələ ilə bağlı Novxanı kənd bələdiyyəsindən bildirilib ki, ərazinin çirklənməsi və qədim məscidin ətrafında antisanitar vəziyyətin yaranmasına qurum cavabdeh deyil.

Məsəslə ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, məscidin yaxınlığına məişət tullantılarının atılmasının qarşısının alınması üçün dəfələrlə tədbir görülsə də, eyni hal yenidən təkrarlanıb.

 

 
  • Yazılıb
  • da (də) 2022 Nov 18
  • Göndərən جهان کمالی