Tarix : 2022 Nov 20
Kod 63099

Təbrizli millət vəkili: Arazın hər iki tərəfi iranlı kimliyə malikdir

Şuraların və Daxili İşlər Komissiyasının üzvü: “Tarix sübut edir ki, Arazın o tayında olanlar İrana mənsub olublar, əgər birləşmək məsələsi varsa, onlar İrana qoşulmalıdırlar.”
 Arannews : Təbriz, Azərşəhr və Üskü şəhərlərinin İslami Şura Məclisində təmsilçisi Əhməd Əlirza Beygi Azərbaycan Respublikası tərəfindən səsləndirilən müdaxilə xarakterli açıqlamalara reaksiya verərək deyib: “Xarici siyasətin zəifliyi ilə üzləşdiyimiz bir şəraitdə hər bir dəyərsiz insan sərsəmləməyi özünə rəva bilib. Amma çox aydındır ki, Sovet İttifaqının dağılması zamanı ölkənin tikanlı məftilləri söküləndə Arazın o tayından çoxlu sayda azərbaycanlının İrana gəlmək üçün özünü Araz çayına vurduğunu gördük.”
Millət vəkili vurğulayıb: “Arazın o tayının əhalisinin Arazın bu tayına bağlılığı və sevgisi çoxdur. Çünki onlar bu taya mənsubdurlar. Arazın bu tərəfindən heç kim çayın o biri tərəfinə getmədi. Bu məsələ Arazın hər iki tərəfinin iranlı kimliyindən xəbər verir.”
Əlirza Beygi qeyd edib ki, hazırda ölkəmizdə mövcud olan problemlər əcnəbilərin bizim üzərimizə dil uzatmasına səbəb olub. İranı azad etmək iddiasında olan Amerika prezidentindən tutmuş, xalqın etiraz hərəkatını inqilab kimi qiymətləndirən Fransa prezidentinə və özünü göstərmək istəyən İlham Əliyevə qədər; hamısı əcnəbilərdəndir.
Millət vəkili əlavə edib: “Bizim gözləntimiz ondan ibarətdir ki, xalqın iradəsinə əsaslanan milli birliyin gücü və iqtidarın yaradılması tezliklə reallaşsın. Xalqın istəyi ilə, sərsəmləyənlərin cavabını tez bir zamanda verək. Xalqın dəmir yumruğu dəyməyincə, onlar bu cür rəcəz oxuyacaqlar.”
Şuralar və Daxili İşlər Komissiyasının üzvü “əli bədənə birləşdirirlər, bədəni ələ yox” deyərək bildirib: “Tarix onların İrana mənsub olduğunu sübut edir. Əgər birləşmək məsələsi varsa, onlar İrana qoşulmalıdırlar.”
  • Yazılıb
  • da (də) 2022 Nov 20
  • Göndərən جهان کمالی