Tarix : 2022 Nov 22
Kod 63103

Sionist rejim məhbəslərində fələstinli uşaqlara işgəncə verilir

Həmas hərəkatı BMT-dən istəyibdir ki, silahlı toqquşmalar və zorakılıqlarda fələstinli uşaqların hüquqlarını pozduğuna görə, İsrail rejiminin adını “rüsvayçılıq sıyahısı”na daxil etsin.

Arannews : Həmas, ümumdünya uşaq günü münasibətilə yaydığı bəyanatda BMT-dən və insan hüquqları təşkilatlarından istəyibdir ki, İsrail rejiminin terrorçu hərəkətləri və zorakılıqları qarşısında fələstinli uşaqları qorusunlar.

Həmas hərəkatı həmçinin xəbərdarlıq edibdir ki, İsrail rejimi fələstinli uşaqlara qarşı ən alçaq hərbi cinyətlər törədir.

Həmas-ın bildirdiyinə görə, cari ildə indiyədək sionist qüvvələr tərəfindən otuz beşdən çox fələstinli uşaq öldürülüb. Yüz altmış fələstinli uşaq da sionist rejim məhbəslərində müxtəlif cismani və psixoloji formalarda sionist hərbçilərin işgəncələri altındadır.

BMT bundan qabaq da İsrail rejiminin adının “rüsvayçılıq sıyahısı”na salınmasına dair tələblərə göz yummuşdu.

  • Yazılıb
  • da (də) 2022 Nov 22
  • Göndərən جهان کمالی