Tarix : 2022 Nov 23
Kod 63106

Nüvə obyektində uranın 60 faizlik zənginləşdirilməsi işinə başlanıb

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının son qərarı, habelə Qərb dövlətlərinin addımlarından sonra Fordo nüvə obyektində də uranın 60 faizlik zənginləşdirilməsi işini yeni nəsil sentrifuqa cihazları ilə başladıb.

Arannews : İranın, BAEA Rəhbərlər Şurasının son qətnaməsinə cavab olaraq nüvə fəaliyyətini genişləndirməsi planının detalları açıqlanıb.Məlumata görə Nətənzdən sonra Fordo nüvə təsisatında da uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə start verilib.Əlavə edilib ki, burada köhnə sentrifuqa cihazları çıxarılıb və işi sürətləndirən yeni nəsil İR-6 sentrifuqa cihazları qurşadırılıb.Qeyd edək ki, bundan öncə Agentliyin Rəhbərlər Şurası “İranda nüvə obyekti kimi elan edilməmiş üç yerdə uran qalıqlarının aşkarlanmasına” dair rəsmi Tehranın əleyhinə qətnamə çıxarıb.İran XİN bu qətnamə və iddiaları rədd edib. İran nüvə sazişininbərpası üçün bu məsələnin bağlanmasını tələb edir. Rəsmi Tehranbildirir ki, nüvə sazişinin bərpası danışıqları fonunda belə bir iddialar

İsrail rejiminin və ABŞ-ın əsasssız iddiaları və təhriki ilə həyata keçirilir.

  • Yazılıb
  • da (də) 2022 Nov 23
  • Göndərən جهان کمالی