AranNews - İşğal olunmuş ərazilərdə iki bombanın partlaması nəticəsində 3 sionist həlak olub, daha 7 nəfər yaralanıb və onlardan ikisinin vəziyyəti ağırdır. Beytül-müqəddəsdə sıx təhlükəsizlik trafikini yaranıb və qırmızı vəziyyət elan edilib.
Bu bomba avtobusun yaxınlığında yerləşdirilib. İşğal olunmuş ərazilərin sakinləri yaranmış hadisəyə görə qorxu içindədilər.
Netanyahu 25-ci knesset seçkilərində elə bir vəziyyətdə qalib gəldi ki, onun korrupsiyaya görə dosyesi hələ də məhkəmədə açıqdır və mühakimə mərhələsindədir. Buna baxmayaraq, o, bütün gücü ilə sağçı kabinet formalaşdırmağa çalışır.
Netanyahunun baş nazirliyi dövründə ona qarşı korrupsiya iddiaları və onun məhkəmə qarşısına çıxarılması siyasi səhnənin iki bloku arasında gərginliyi əvvəlkindən daha da şiddətləndirdi.
Parçalanma və fikir ayrılığı təkcə siyasi sahədə deyil, sionist rejim həm də ciddi ictimai parçalanma və fikir ayrılığının şahididir. Hansı ki, hər bir seçki prosesinə daxil olanda bu parçalama əvvəlkindən daha intensiv olur. Bu məsələ knesseti görünməmiş bir böhranla üzləşdirdi, sionist rejimi vətəndaş müharibəsinin astanasına gətirdi və əsasən öz sonunu sayma prosesinə daxil oldu.
Qanor korona böhranına toxunduqdan sonra yazır: “İsrailin 2021-ci ildə Qəzza zolağına 11 gün davam edən və onu “Divar keşikçisi” adlandırdığı hücumu, içəridəki ərəblər (1948-ci il ərəbləri) ilə İsrail arasında münasibətlərin strukturunun daha da gərginləşməsinə və şəraitlərinin partlama ərəfəsinə çatmasına səbəb oldu.”