Tarix : 2022 Nov 27
Kod 63114

Aliməqamlı Rəhbər: "Əsas mübarizə və münaqişə dünya imperializmi ilədir"

İslam İnqilabının Aliməqam Rəhbəri "Bəsic" həftəsi münasibəti ilə bir qrup bəsici ilə görüşdə buyurub: "Əsas mübarizə və qarşıdurma dünya imperializmi ilədir"

Arannews : İslam İnqilabının Aliməqam Rəhbəri xalq səfərbər qüvvələri və ya Bəsic Təşkilatının yüzlərlə üzvü ilə görüşdə Bəsic-in yaradılmasını İmam Xomeyninin (r.ə) ən əhəmiyyətli və ən böyük təşəbbüslərindən biri adlandırıb və deyib: "İranın bədxahlarının bu gün əsas metodu yalan və saxta xəbərlər yaymaqla ağıllara hakim olaraq, öz hədəflərini gerçəkləşdirməkdir". 

Aliməqamlı Rəhbər əlavə edib: "Son hadisələrdə məzlum xalqın iğtişaşçı, muzdlu və ya səhlənkar bir tərəfin hədəfinə düşməməsi üçün bəsicilər zülmə məruz qaldı".

Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər ki, Qərbi Asiya regionu neft, enerji və təbii sərvətlərin və Şərqlə Qərbi birləşdirən dörd kommunikasiya yolunun əsas mərkəzidir və buna əsaslanaraq, saxta və qəsbkar sionist rejim bu regionda qurulmuşdur ki, Qərbin Qərbi Asiya regionu resurslarını talamaq, müharibə və parçalanma yaratmaq üçün bir bazası olsun.

O, həzrət İranın strateji Qərbi Asiya regionunda mühüm və həssas mövqeyinə diqqət çəkərək, qeyd ediblər ki, buna əsasən, əvvəlcə ingilislər, sonra isə amerikalılar tam hökmranlığa sahib olmaq üçün İranda muzdlu yetişdirməyə xüsusi sərmayə ayırıblar.

Aliməqamlı Rəhbər əlavə edib: "Əvvəl deyirlər uranı 20 faizlik zənginləşdirməni dayandırın, sonra 5 faizlik zənginləşdirmənin, sonra isə bütün nüvə fəaliyyətlərinin dayandırılmasını tələb edirlər, ondan sonra konstitusiyanın dəyişdirilməsini, sərhədlərin arxasında həbs olunmağı və İranın əl-qolunun boşaldılmasını və İranın müdafiə sənayesinin bağlanmasını tələb edirlər". 

Həzrət Ayətullahül-üzma təxminən 15 il əvvəl İranın tanınmış simaları tərəfindən ifşa olunan amerikalıların hazırladığı planla bağlı deyib: "Onların planı belə idi ki, əvvəlcə altı ölkə yəni İraq, Suriya, Livan, Liviya, Sudan və Somalini devirsinlər ki, sonda, İranın regiondakı strateji imkanları və dərinliyi məhv olsun və İran İslam Respublikasının özü devrilsin". 

"İran İslam Respublikası heç vaxt Şimali Afrikaya daxil olmayıb, lakin İraq, Suriya və Livandan ibarət üç ölkədə İranın siyasəti işə yaradı və nəticədə ABŞ bu ölkələrdə məğlub oldu", - deyə Aliməqamlı Rəhbər əlavə ediblər.  

O, həzrət Amerikanın Livanda Hizbullahı və Əməl hərəkatını məhv etmək planının uğursuzluğuna toxunaraq, vurğulayıb: "Bölgədəki bu plan və fitnə İslam Respublikasının böyük və səmərəli qüvvəsi tərəfindən puça çıxdı və bu böyük qüvvənin təcəssümü və bayrağı Hacı Qasim Süleymani adlı bir şəxs idi, indi aydın olur ki, niyə Hacı Qasimin adı bu qədər İran xalqı üçün sevimli və düşmənlər üçün isə narahatedicidir". 

  • Yazılıb
  • da (də) 2022 Nov 27
  • Göndərən جهان کمالی