Tarix : 2022 Dec 04
Kod 63120

Cənab İlham Əliyev, yəhudini özünüzə dost seçməyin

İran xalqı torpaq yeyər, amma düşmənə torpaq verməz Biz heç vaxt bir ovuc dollara, bir neçə hərbi dəmir parçasına şərəf və ləyaqətimizi satmarıq, Quran və Əhli-beyt düşmənləri qarşısında baş əymərik.
Yəhudilərlə münasibət qurmamaq haqqında Quranın açıq-aşkar göstərişi
Cənab İlham Əliyev, yəhudini özünüzə dost seçməyin
 
İran xalqı torpaq yeyər, amma düşmənə torpaq verməz
Biz heç vaxt bir ovuc dollara, bir neçə hərbi dəmir parçasına şərəf və ləyaqətimizi satmarıq, Quran və Əhli-beyt düşmənləri qarşısında baş əymərik.
 
İran İslam Respublikasının 7-ci prezidentinin andiçmə mərasiminin ilk günlərindən onun xarici siyasətində qonşular və region ölkələri üstünlük təşkil etdi, İran hökuməti və xalqı elan etdi ki, İran İslam Respublikası qonşu ölkə və xalqları öz doğmaları hesab edir, onların izzət və yüksəlişini istəyir.
13-cü hökumət tərəfindən qonşu dövlətlərlə münasibətlərin inkişafına üstünlük verildikdən sonra Amerika başda olmaqla İrana embarqo edən ölkələr təzyiqlərini artıraraq, İran xalqına (azərilər, ərəblər, bəluclar, kürdlər, lorlar və farslar) daha çox problem yaratmaq üçün səylərini artırdılar və İran İslam Respublikası ilə qonşuları arasında ixtilaflar yaratmaqla bu yeni yaradılmış fürsəti İslamın and içmiş düşməni, yəni uşaq qatili olan sionist rejimin xeyrinə zəiflətməyə və boşluq yaratmağa çalışdılar. Sionist rejim illərdir ki, Arazın şimal torpaqlarına ayaq basıb və bəzi siyasətçilər bölgəni öz istədikləri tribunaya çeviriblər. Vaxtilə İranda insanlar və ekspertlər qondarma İsrail rejiminin təhlükəli mövcudluğu ilə bağlı Azərbaycan hökumətinə xəbərdarlıq və giley-güzar edəndə cənab İlham Əliyev təəccüblə deyirdi: “Qoy gözlərini açsınlar, görsünlər. İsraili burada harada gördülər!?”
Bu günlərdə isə başqa bir ədəbiyyatla deyir: “İsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında qərar bizim milli maraqlarımıza!!! əsaslanıb”. Yaxud deyir: “Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir!!!”
İndi açıq şəkildə demək olar ki, cənab İlham Əliyev, qonşu və müsəlman ölkənin prezidenti! Böyük bir hissəsi başıuca və azad azərilərdən ibarət olan İran İslam Respublikası hökuməti və xalqına qarşı imperializm və sionizm strategiyalarının həyata keçirilməsi istiqamətində yaxşı addım atırsınız. Əgər bir neçə günlük bir parça çörək əldə etməkdən ötəri bünövrəni Allahın və İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) düşmənləri ilə dost olmaq və İran xalqına zülm edənlərlə birgəlik əsasında qurmusunuzsa, deməyə söz yoxdur. Amma bilin:
Birinci; Allah Ağdam məscidində öpdüyün Quranda buyurur:
لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا
“Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən.” (“Maidə” surəsi, ayə 82)
یا أَیُّهَا الَّذینَ آمَنُوا لا تَتَّخِذُوا الْیَهُودَ وَ النَّصارى أَوْلِیاءَ بَعْضُهُمْ أَوْلِیاءُ بَعْض وَ مَنْ یَتَوَلَّهُمْ مِنْکُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللّهَ لا یَهْدِی الْقَوْمَ الظّالِمینَ 
“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (“Maidə” surəsi, ayə 51)
İkinci, bilin ki, İranın və onun böyük xalqının tarixi bu gün yalnız adları qalmış hökmranların dostluqları və xəyanətləri ilə doludur. Gec-tez sən də hökumət kreslosunu tərk etməli olacaqsınız. Səni həmişəlik təqib edəcək şey öz dindar xalqınla, qonşularla rəftarın, xüsusən də İslam və Qurani-Kərimin göstərişləri qarşısındakı əməllərindir. Adın isə sivilizasiya yaradan Azərbaycan xalqının tarixində öz xalqının mədəniyyətinə xəyanət edən kimi qeyd olunacaq.
İran xalqı (Təbrizin cəsur sərkərdəsi Səttar xanı ruhlandırmaq üçün: “Torpaq yeyərik, amma torpaq vermərik” deyən şir qadın kimi) dayanmışdır, şərəf və ləyaqətini bir ovuc dollara, bir neçə hərbi dəmirə satmır, lazım olsa torpaq yeyər, amma Quran və Əhli-beyt (ə) düşmənləri qarşısında baş əyməz.
Mən səkkiz illik Müqəddəs Müdafiə veteranı və Təbriz Universitetinin professoru kimi uşaq qatili olan sionist yəhudilərin Azərbaycanda səsinin eşidilməsini, İslam və şiə ölkəsi Azərbaycanın işğal olunmuş Fələstində səfirliyik açmasını –hansı ki, bu, əsl müsəlmanların və məzlum Fələstin xalqının ideallarına xəyanətdir və Azərbaycanın və azərbaycanlıların köklü mədəniyyəti ilə ziddiyyət təşkil edir – aşkar bir xəyanət hesab edirəm və bu xoşagəlməz hadisəyə görə Azərbaycanın müsəlman xalqına başsağlığı verirəm. Ümid edirəm ki, Azərbaycan dindarları fitnə-fəsad törədən yəhudilərin əllərini İslam torpağından kəsmək üçün ayağa qalxacaqlar.
Doktor Məhəmməd Əli Pərğu, Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutunun rəhbəri
27 noyabr 2022
  • Yazılıb
  • da (də) 2022 Dec 04
  • Göndərən احمد حسین زاده