Tarix : 2022 Dec 01
Kod 63122

Taleh Bağırzadə aclığı davam etdirir

“Müsəlman” Birliyi Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadənin səhhətində problemlər yaranıb.

Arannews :bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib. Noyabrın 29-da o, digər vəkil Fəxrəddin Mehdiyevlə birlikdə 12 saylı koloniyada saxlanılan Bağırzadəyə baş çəkib.

Vəkilin sözlərinə görə, Bağırzadə ötən şənbə günündən aclıq edir və yalnız su içir. “Vaxtaşırı hərarəti yüksəlir var. Onu digər məhbuslardan təcrid etməyiblər, həkim nəzarətinə götürməyiblər”, -vəkil deyib.

Onun sözlərinə görə, Bağırzadə hüquqlarının pozulmasına və qeyri-insani rəftara son qoyulmasını tələb edir, eyni zamanda, fiziki təzyiqlərdən şikayət etməyib. O, özünün və tərəfdarlarının İranla əlaqələrinə dair ittihamları rədd edir.

  • Yazılıb
  • da (də) 2022 Dec 01
  • Göndərən جهان کمالی