Qüdsü işğal etmiş rejimin ordusunda hər gün əxlaqi pozğunluğun yeni aspektləri üzə çıxır.
Arannews :Son xəbərlərə görə, ibrani mediası qadın hərbçilərin üçdə birinin cinsi təcavüzə məruz qaldığını ifşa edib.
“Haartaz” qəzeti sionist ordusundakı qadın hərbçilərin üçdə birinin zorlanması haqda məlumat yayıb.
Bu qəzet hərbi xidmət zamanı qadınların və qızların müdafiəsi ilə bağlı hökumət monitorinqinin hazırladığı hesabatlardan birinə istinadən yazıb ki, bu qadınların üçdə biri məcburi hərbi xidmət zamanı ən azı bir dəfə cinsi təcavüzə məruz qalıb.
Qeyd edək ki, bundan əvvəl sionist rejim ordusunun keçmiş rəhbəri Qadi Ayzenkot bu rejim ordusunun dağılmaq ərəfəsində olduğu barədə xəbərdarlıq etmişdi.