Tarix : 2022 Dec 03
Kod 63127

“Müsəlman Birliyi” Hərəkatının iki üzvünün saxlanıldığı bildirilir

“Müsəlman Birliyi” Hərəkatının üzvü Nicat Əliyev Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Arannews :Bu barədə “Müsəlman Birliyi” Hərəkatı bildirib. 

Öz növbəsində Əliyevin doğmaları deyiblər ki, dekabrın 1-də günorta o, Masazır qəsəbəsindəki evindən çıxıb və geri qayıtmayıb.

“Nicat taksi sürücüsü işləyir.  Dünən saat 13:00-a yaxın 90 PT 214 dövlət nömrə nişanlı avtomobillə evdən çıxıb. Bundan sonra ondan xəbər yoxdur və zənglərə cavab vermir. Dünən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişəm, lakin indiyədək Nicatın saxlanıldığı yer barədə ailəsinə məlumat verilməyib. Yerli polisdə deyirlər ki, onu axtarırlar”, -  Nicat Əliyevin anası Yenigül Əliyeva Turan-a bildirib.

Müsəlman Birliyi Hərəkatının digər üzvü Samir Babayev dekabrın 2-də saat 11:00 radələrində Maştağa kəndində naməlum şəxslər tərəfindən saxlanılıb. “Müsəlman Birliyi” Hərəkatı onun taleyinə aydınlıq gətirə bilmir.

  • Yazılıb
  • da (də) 2022 Dec 03
  • Göndərən جهان کمالی