Reuters agentliyi üç fərqli mənbəyə istinadla yazır ki, Suriya prezidenti Bəşar Əsəd türkiyəli həmkarının görüş istəyini rədd edib.
Arannews : R.T.Ərdoğan dəfələrlə Bəşar Əsədlə görüşmək istədiyini, siyasətdə “küsülülük olmaz” deyib.
İqtisadi böhran yaşayan Türkiyədə seçkilər yaxınlaşır. Ərdoğan Bəşar Əsədlə görüşüb, suriyalı miqrantların Türkiyədən geri göndərilməsini niyyət edir.
2023-cü il seçkiləri üçün müxalifətın vahid namizəd irəli sürməklə qələbə çala biləcəyindən ehtiyatlanan Ərdoğanın Əsəddən rədd cavabı alması onu çətin vəziyyətdə qoyur.