Tarix : 2022 Dec 06
Kod 63137

Astara imam cüməsi: Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır

Astara şəhərinin imam cüməsi höccətül-islam Məhəmmədcavad Baqiri bu şəhərdə keçirilən cümə namazı mərasimində bəyan edib ki, Azərbaycan Respublikası İranın ayrı düşmüş övladıdır və bu ölkənin prezidenti İrana dostluq əlini uzatmalıdır.

Arannews :Baqiri Azərbaycan prezidentinin son günlər İran İslam Respublikasına qarşı qeyri-adi davranışlarına və qəribə bəyanatlarına toxunaraq deyib: “Azərbaycan Respublikası bizim mədəniyyətimizin və kimliyimizin bir parçasıdır və heç kim bu ölkəyə İran İslam Respublikası kimi mehriban və xeyirxah ola bilməz”.

İmam cümə Azərbaycan Respublikası prezidentini ABŞ və avropalıların əhdə vəfalı olmadıqlarından ibrət götürməyə çağırıb və bildirib ki, iki qədim qonşu bölgənin vəziyyətini daha yaxşı idarə edə, və əcnəbilərin artıqtamahlığının qarşısını ala bilər.

Məhəmmədcavad Baqiri vurğulayıb: “Azərbaycan Respublikası prezidenti Türkiyənin yeni-osmanlı xam xəyalının aktyoruna çevrilib. Halbuki, onun yalnız bir yolu var: İran İslam Respublikasına dostluq əlini uzatmalıdır.”

  • Yazılıb
  • da (də) 2022 Dec 06
  • Göndərən جهان کمالی