Tarix : 2022 Dec 06
Kod 63138

Yoxsulluğun səviyyəsi 0,5 faiz bənd azalıb, Azərbaycanda vəziyyət necədir?

2021-ci ildə Ermənistan Respublikasında yoxsulluq səviyyəsi 26,5% təşkil edib.

Arannews : bu barədə Statistika Komitəsinin yoxsulluq üzrə hesabatında deyilir.

Bildirilir ki, 2020-ci illə müqayisədə yoxsulluğun səviyyəsi 0,5 faiz bəndi azalsa da, ifrat yoxsulluğun səviyyəsi 2,1 dəfə artıb.

Azərbaycan Respublikasında da vəziyyət ürəkaçan deyil. Dünya Bankının da yayımladığı hesabatda qeyd olunur ki, Azərbaycanda yoxsulluq göstəricisi hökumətin açıqladığı rəqəmdən dəfələrlə çox - 24 faizdir.

Həmin hesabatda Bakıda yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə ortalama 20-30 faiz arasında olduğu qeyd edilir. Bununla belə hökumətin hesablamasına görə, 2000-ci illərin başından bəri ölkədə yoxsulluq göstəricisi kəskin azalıb, müstəqil iqtisadçılar isə yoxsulluq meyarları barədə mövcud olan metodologiyanı yönləndirici və yanıldıcı sayırlar.

  • Yazılıb
  • da (də) 2022 Dec 06
  • Göndərən جهان کمالی