Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi bir daha tərəfləri təmkinli olmağa çağırıb.
Arannews : bu barədə Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Avropa İttifaqı dekabrın 3-dən etibarən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələrdən xəbərdardır.
O deyib: “Biz hadisələri diqqətlə izləyirik. Aİ-nin Qarabağdakı vəziyyəti daha yaxşı başa düşməyə imkan verəcək mövcudluğu yoxdur, lakin biz açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan hesabatlarını izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq”, - deyə Piter Stano bildirib.
Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi qeyd edib ki, Avropa İttifaqı bir daha tərəfləri təmkinli olmağa və təxribat xarakterli ritorikadan imtina etməyə çağırır.