Tarix : 2022 Dec 19
Kod 63175

Azərbaycan Respublikası səfiri İran XİN rəsmisilə görüşüb

Azərbaycan Respublikasının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin müdiri ilə görüşüb və onunla iki ölkə əməkdaşlıqları ətrafında fikir mübadiləsi aparıb.

Arannews :Əli Əlizadə Əlirza Həqiqiyanla görüşdə, onunla, iki ölkə əlaqələri və mühüm regional məsələlər barədə söhbət edib.

Azərbaycan Respublikasının mediaları və rəsmi şəxlsərinin İran İslam Respublikasına qarşı qarayaxmaları və anti-İran təbliğatlarının davam etməsinin ardınca bundan qabaq Azərbaycan Respublikasının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılmış və İran İslam Respublikasının  Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmilərinin dostluqdan kənar ifadələrinə və bu ölkə medialarının iftiralarına qarşı narazılığı və kəskin etirazı səfirə bəyan edilmişdi.

Yaranmış vəziyyətdən təəssüf ifadə edən Azərbaycan Respublikası səfiri bildiribmişdi ki, İran İslam Respublikasının etiraz hallarını dərhal Bakıya əks etdirəcək.

  • Yazılıb
  • da (də) 2022 Dec 19
  • Göndərən جهان کمالی