İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 3-cü Tehran Dialoq Forumunda çıxışında bildirib ki, İran qonşuluq anlayışını öz xarici siyasətinin oxuna çevirib.
Arannews : İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 3-cü Tehran Dialoq Forumunda çıxış edib.
Xarici işlər naziri Əmir Abdullahiyan bildirib ki, İran qonşuluq anlayışını xarici siyasətinin oxuna çevirib.
Əmir Abdullahiyan xarici siyasətdə var gücləri ilə etimadın yaradılmasına və dostluğun əsaslarının möhkəmləndirilməsinə diqqət yetirdiklərini bildirib.
Əmir Abdullahiyan regionda təhlükəsizliyin təmin edilməsinin vacibliyi və təhlükəsizliyin təmin edilməsində regional ölkələrin rolu ilə bağlı İranın fikirlərini dəyərləndirərək, deyib: "Bu kontekstdə biz İran və Fars körfəzi ölkələri və digər qonşu ölkələr arasında xarici işlər və müdafiə nazirlərinin birgə iclasını keçirməyə hazırıq".
Çıxışının digər hissəsində Ukrayna böhranına toxunan Əmir Abdullahiyan İranın müharibəyə qarşı olduğunu və bu böhranın dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Əmir Abdullahiyan Ukrayna böhranında İranın Rusiyaya silah göndərdiyinə dair iddiaları rədd edərək, deyib: "Bu iddiaların məqsədi bu böhranda Qərbin müharibə və şiddəti alovlandırdığını ört-basdır etməkdir".
Nazir Əmir Abdullahiyan, sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqlarla bağlı, deyib: "Avropa Birliyinin xarici siyasət üzrə Ali Nümayəndəsi ilə daim əlaqə saxlayırıq. Beynəlxalq Atom Enerjisi Agentliyinin vitse-prezidenti dünən Atom Enerjisi Agentliyində həmkarlarımla konstruktiv və gələcəyə hesablanmış danışıqlar aparıb".
Çin və Fars Körfəzi Əməkdaşlıq Şurasının birgə bəyanatını da tənqid edən Əmir Abdullahiyan diplomatik kanallarla Çinə narazılığımızı bildirdik, deyib.