Tarix : 2022 Dec 20
Kod 63181

Azərbaycan vətəndaşları hansı şəraitdə yeni ili qarşılayacaq?

Azərbaycan vətəndaşları yeni ili ağır məişət şəraitində qarşılayacaq.
Arannews : Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatında bildirilir ki, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib. Həmçinin qeyd edilir ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 115,1 faiz təşkil etmişdir.
  • Yazılıb
  • da (də) 2022 Dec 20
  • Göndərən جهان کمالی