Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Laçın yolundakı vəziyyəti müzakirə edəcəyini bildirib.
Arannews :Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan məlumat verib.
Onun sözlərinə görə, BMT TŞ-nin bugünkü iclasında Laçın yolundakı vəziyyət müzakirə ediləcəik.
Azərbaycan tərəfi iddia edir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz çıxarılmasına və həyata keçirilən ekoloji terrora etiraz olaraq azərbaycanlı eko-fəallar 12 dekabrdan etibarən Xankəndi-Şuşa yolunda dinc aksiya keçirir. Bəzi faktlara görə isə tayfa rejiminin Qarabağdakı qızıl yataqlarına nəzarət etmək cəhdi və Britaniya şirkəti ilə 3 milyardlıq müqavilə bölgədə yaşanan olayların əsas səbəbidir.
Rəsmi Bakını hiddətləndirən başqa bir məsələ də var. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının istismarı ilə bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.